Kiprdəki soydaşlarımız Türkiyədə baş vermiş hadisələrlə bağlı bəyanat yayıblar
Tarix: 18.07.2016 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ŞKTR-da yaşayan azərbaycanlılar adından
Türkiyədə baş vermiş son hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda soydaşlarımız bu hadisələrdən üzüldüklərini bildirirlər: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar kimi, bizlər də böyük Türkiyə dövlətinin daxilinə sabitliyi pozan, ölkənin müstəqilliyini təhdid edən, dinc əhalinin ciddi anlamda hüquqlarını pozan bu davranışı qınayırıq.
Hər hansı səbəbdən asılı olmayaraq, heç bir müasir dünya dövlətində bu kimi hadisələrin olması beynəlxalq hüquqa və Türkiyə dövlətinin Konstitusiyasına zidd bir addım kimi qiymətləndirilməlidir.
Əsası türk dünyasının ulu öndəri Heydər Əliyev tərəfindən qoyulan Türkiyə-Azərbaycan birliyi, sarsılmaz mənəvi bağlarımız, bu cür xoşagəlməz hadisələrdə bizi bir az daha birləşdirməlidir.
Biz Azərbaycanlılar, qardaş Türkiyə dövlətini tək dövlət, tək millət və tək bayraq olaraq qəbul edir, dünyada yaşayan azərbaycanlılar kimi, qardaş Türkiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə əminliyimizi bildiririk”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info