“Gənclər müxalifətin keçirdiyi aksiyalara dəstək vermir”
Tarix: 11.03.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Anar Xəlilov: “Azərbaycan gəncliyi daim dövlətçiliyin qorunmasında maraqlıdır” Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovla müsahibəni təqdim edirik:

- Hazırda dövlətin apardığı gənclər siyasətinə münasibətiniz necədir?
- Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti daimidir. Bu siyasət hər zaman təkmilləşən, dövrün reallıqlarını və müsbət məqamlarını əks etdirən, dəyişən bir siyasətdir. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektiv reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Azərbaycan gəncliyi ölkəmizi dünyada layiqincə təmsil etməkdədir. Bu uğurların əsasında dövlətimizin güclü dəstəyi dayanır.
- Dövlətin apardığı gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanları verir?
- Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun qoyduğu təməl nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Dövlətimizin gənclərin öz potensialını üzə çıxarmaq, məqsədlərini, prinsiplərini təşkilati-hüquqi əsaslarını müəyyən etmək məqsədilə “Gənclər Siyasəti Haqqında” qanunu var. Bu qanunda gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli, mənəvi inkişafı, gənclərin hərbi ximətə hazırlanması, gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yardımı olunmasında Prezidentimiz İlham Əliyevin rolu danılmaz faktdır.
- Gənclərin ictimai-siyasi fəallığı yetərincəmidir?
- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Azərbaycan dövlətinin maraqlarını müdafiə etməkdə sabit qədəm olan Azərbaycan gəncləri cəmiyyətimizdə elə sahə yoxdur ki, orada təmsil olunmasın. Sevindirici haldır ki, istər ictimai-siyasi proseslərdə, istər dövlət quruculuğunda, ölkədə müxtəlif islahatların aparılmasında, istər biznes sahəsində, istərsə də elm aləmində yüzlərlə gənc təmsil olunur. Eyni zamanda, gənclərimiz beynəlxalq miqyasda Azərbaycanı layiqincə təmsil etməyi bacarır. Azərbaycan gəncliyi Azərbaycan dövlətinin milli maraqlarını, onun adını, bayrağını çox yüksək zirvələrə qaldırır, qaldırmaqda da davamlıdır. Gəncliyin gördüyü işlər çox məqsədyönlü olduğundan, onların atdığı hər addım xalqımıza başucalığı gətirir.
- O fikirlə razısınızmı ki, müxalifət bəzi gənclərimiz üzərində oyun oynayır?
- Hazırda gənclərimiz ölkəmizdə bütün sahələr üzrə layiqincə təmsil olunur. Belə bir şəraitdə bəzi müxalifət partiyalarının iddialarla çıxış etməsi tamamilə məntiqsizdir. Müxalifət düşərgəsində bu gün təmsil olunan gənclər-təsir altında olan, öz övladları və ya yaxınlarıdır. Sağlam gənclik bu gün başqa cür düşünür, onların keçirdiyi aksiyalara gənclərin dəstək verməməsi buna sübutdur. Azərbaycan gəncliyi birmənalı şəkildə dövlətimizin, Prezidentin siyasi kursunu dəstəkləyir.
- Prezidentimizin gəncliyə böyük inam və etimad bəsləməsi göz önündədir. O, Azərbaycan gəncliyinin dövlətə və dövlətçiliyə, milli məfkurəyə bağlı olduğunu çox yaxşı bilir. 2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan edilməsi də Prezidentimizin gəncliyə inamının əlamətidir. O, çıxışlarından birində deyirdi: "Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə də mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaq". Azərbaycan gəncləri hər zaman cənab Prezidentimizin yanındadır. Azərbaycan gəncliyi daim dövlətçiliyin qorunmasında maraqlıdır.
- Siz QHT olaraq gənclərin maariflənməsi istiqamətində hansı layihələr kçiribsiniz?
-Bizim birlik yarandığı gündən bu günə qədər 40-a yaxın layihə və 50-yə qədər maarifləndirici tədbirlər həyata keçirib. Birliyimizin əsas məqsədi sağlam ruhlu, sağlam əqidəli gəncliyin formalaşmasında öz töhfəsini vermək, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə və gənclər arasında yayılmasında yaxından iştirak etmək olub. Birliyin ən uğurlu layihələri arasında üç dildə Qarabağ abidələri, Qarabağ yaddaş kitabları, ingilis dilində Şuşaya həsr edilmiş Qafqazın Konservatoriyası filmi və bu gün Dövlət Gənclər Fondu tərəfindən maliyyələşən, hal-hazırda yenicə fəaliyyətə başlayan məcburi köçkün gənclərin virtual informasiya mərkəzi olan “www.yknews.az” saytı və s. layihələrdir. Birliyimiz gənclər birliyi olaraq dövlətçiliyimizin möhkəmlənməsi yolunda gənclərimizin maarifləndirilməsi istiqamətində bundan sonra da fəaliyyətini genişləndirəcək və daim dövlətimizin yanında olacaq.
- Son zamanlar bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qərəzli məlumatlar yayırlar. Sizcə, onların Azərbaycana qarşı qərəzli mövqedə olmasının səbəbi nədir?
- Elə beynəlxalq təşkilatlar var ki, konkret hansısa ölkələrin siyasi sifarişlərini həyata keçirirlər. Məsələn, götürək “Freedom House” təşkilatını. Bu qurum mənsub olduğu ölkənin və ya Qərbin maraqlarına uyğun olaraq daimi təzyiq vasitəsi kimi onların sifarişini yerinə yetirməklə məşğuldur. Onlar heç bir sosial sorğu aparmadan Azərbaycan haqqında məlumatlar yayırlar. Adətən hesabatlar araşdırmaya, sorğuya söykənməlidir. Əgər heç bir araşdırma, sorğu aparılmayıbsa, konkret belə demək olar ki, bu hesabatlar siyasi sifariş əsasında hazırlanıb. Azərbaycan yenicə müstəqil olmuş dövlətdir. ABŞ kimi ölkədə 300-400 ildə hələ demokratiyanı tam qura bilmirlər. Bizsə 20 ildə çox böyük nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycanda azad mətbuat, televiziya, söz azadlığı var. Kim istəyir, öz sözünü deyir. Azərbaycanda bu gün demokratik dəyərlərə üstünlük verilir. Azərbaycanda bu gün kifayət qədər müxalifət nümayəndələri var. Onlar kifayət qədər sözlərini deyirlər və parlamentdə də təmsil olunurlar. Müxalifət üzvləri var ki, mətbuatı, saytları var və sərbəst danışırlar. Kimsə də onlara heç bir təzyiq etmir. Sadəcə, bütün bu işlər qanun çərçivəsində olmalıdır.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info