Səbailli gənclər orduya yola salındı
Tarix: 18.07.2016 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda Səbail rayonundan olan çağırışçıların bir qrupunun həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş ənənəvi tədbir keçirilib. Səbail Rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, pedaqoji işçilərin, ağsaqqallar, gənclərin, müharibə veteranlarının, rayon ictimaiyyətinin, rayonda yerləşən hərbi hissələrin və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin nümayəndələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin zabit və əməkdaşlarının, çağırışçılar, onların valideynləri, həmçinin bu ay ordudan tərxis olunmuş səbailli gənclərin iştirakı ilə keçirilən tədbirin əvvəlində tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun parkda ucaldılmış büstünün önünə tər çiçəklər düzüblər.
Hərbi Dəniz Qüvvələrinin orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bu gün hərbi xidmətə yollanan çağırışçıları, onların valideynlərini təbrik etdi və bildirdi ki, vətənə xidmət etmək həm müqəddəs, şərəfli, həm də çox məsuliyyətli vəzifədir. Milli Ordumuzun bu ilin aprel ayında qazandığı qələbədən sonra ölkəmizin hər bir vətəndaşında, xüsusilə də gənclərdə böyük ruh yüksəkliyi yaranıb. Aprel qələbəsi ordumuzun gücünü, bacarığını bütün dünyaya nümayiş etdirdi. Bu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkədə ordu quruculuğu sahəsində apardığı siyasət və həyata keçirdiyi işlərin düzgünlüyünü və vacibliyini bir daha sübut etdi. Qeyd olundu ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Onun yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və səbaillilər bu siyasəti yekdilliklə dəstəkləyirlər.
Eldar Ağayev gəncləri hərb sənətinin sirlərinə dərindən yiyələnməyi, komandirlərin tapşırıq və əmrlərini vaxtında və dəqiq yerinə yetirilməyi, Azərbaycan əsgəri adını daima ucu tutmağı tövsiyə edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov qeyd edib ki, ordu hər bir millətin qüruru, dövlətin güvənc yeridir. Ölkənin varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində görülən işlər, ordumuzun ən müasir silah, texnika və avadanlıqlarla təchiz olunması, ordudakı ruh yüksəkliyi bu gün hərbi xidmətə yollanan gənclərimizin qarşısında mühüm vəzifələr qoyur. Biz əminik ki, bu gün Azərbaycan ordusu öz Ali Baş Komandanının rəhbərliyi ilə işğalçı qüvvələri zəbt olunmuş torpaqlarımızdan çıxarmağa hər an hazırdır”.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, II Dünya müharibəsi veteranı Əli Nəsirov, 51 saylı orta məktəbin direktoru Lətafət Səmədova, valideyn Ənvər Abdullayev çağırışçılara orduda xidmət kimi şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb, tövsiyə və məsləhətlərini veriblər. Çağırışçı Qismət Süleymanov hamıya minnətdarlığını bildirərək öz ləyaqətli xidmətləri ilə Səbail rayonunun adını yüksək tutacaqlarına söz verib.
Sonra çağırışçılara və ordudan yenicə tərxis olan gənclərə xatirə hədiyyələri təqdim olunub. Çağırışçılar marş sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağını öpərək hərbi hissələrə yollanıblar.

Nigar











 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info