“Dünyanın 6 ən varlı ölkəsi dünya qaçqınlarının 9 faizindən də azını saxlayır”
Tarix: 18.07.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


“Oxfam”: “ABŞ, Çin, Yaponiya, Almaniya, Fransa və Birləşmiş Krallıq cəmi 2,1 milyon qaçqına yer verib”

Dünyanın qlobal iqtisadiyyatının 60 faizini özündə ehtiva edən 6 ən varlı ölkə, cəmisi dünya qaçqınlarının 6 faizinə sığınacaq verib, halbuki daha yoxsul ölkələr qaçqın yükünün əsas hissəsini öz çiyinlərinə götürüblər. Bu barədə “Oxfam” təşkilatının məruzəsində bildirilib. Təşkilatın bazar ertəsi açıqlanana məruzəsində bildirildiyinə görə, ABŞ, Çin, Yaponiya, Almaniya, Fransa və Birləşmiş Krallıq dünya ÜDM-sinin 56,6 faizinə nəzarət edirlər, amma bunun əksinə laraq, dünya qaçqınlarının cəmisi 8,9 faizini qəbul ediblər.

Qlobal iqtisadiyyatın 60 faizini özündə ehtiva edən dünyanın 6 ən varlı ölkəsi, cəmisi dünya qaçqınlarının 6 faizinə sığınacaq verib, halbuki daha yoxsul ölkələr qaçqın yükünün əsas hissəsini öz çiyinlərinə götürüblər. Bu barədə “Oxfam” təşkilatının məruzəsində bildirilib


Bu 2,1 milyon qaçqından da təxminən, 13 hissəsi - 736 min 740 nəfəri Almaniyanın payına düşür. Qalan 1,4 milyon nəfər isə digər 5 ölkə arasında bölüşdürülür. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı bu qaçqınlardan cəmi, 168 min 937 nəfərinə sahib çıxıb. Bu durumu “Oxfam”ın Böyük Britaniya üzrə icraçı direktoru Mark Goldring utandırıcı adlandırıb.
Paradoksal olaraq, dünya qaçqınların yarıdan çoxu - demək olar ki, 12 milyon insan - İordaniya, Türkiyə, Fələstin, Pakistan, Livan, Cənubi Afrikada yaşayır ki, bu ölkələr də dünya iqtisadiyyatının 2 faizindən də azını formalaşdıra biliblər.
Bütün bunları nəzərə alan “Oxfam”, dövlətləri daha çox qaçqın qəbul etməyə və çox qaçqın qəbul edən ölkələrə yardım etməyə çağırıb: “Bizim dövrün ən böyük çağırışlarından biri də budur ki, hələ də daha yoxsul ölkələr və cəmiyyətlər bu barədə əsas məsuliyyəti öz çiyinlərində daşıyırlar “. Mark Goldring bu barədə bildirib: “Bu, kompleks böhrandır və koordinasiyalı, qlobal cavabdehlik gözləyir. Burada ən zəngin ölkələr daha çox sayda qaçqınları qəbul etmək, onları harada olmalarından asılı olmayaraq qorumaqla bağlı vəzifə yerinə yetirməlidirlər. İndi Birləşmiş Krallıq əvvəllər olduğundan daha çox ehtiyac duyur ki, bu böhranın həll edilməsində iştirak etməyə hazır olan açıq, tolerant ölkə olduğunu göstərsin. Bu, çox utandırıcıdır ki, Britaniya, dünyanın ən varlı iqtisadiyyatlarından biri olmasına baxmayaraq, 1 faizdən də az qaçqına sığınacaq verib”.
Bundan başqa yazıda qeyd edilir ki, “UNHCR Globals Trends 2015”in məruzəsinə görə, 65 milyondan çox insan zorakılıq, müharibə və insan haqlarının pozulmasına görə öz evlərini tərk etməyə məcbur olub. Onların çoxu – 40,8 milyon nəfəri öz ölkələri daxilində yerlərini dəyişməyə məcbur olublar, 21,3 milyon nəfər qaçqın, 3,2 milyon nəfəri isə sığınacaq axtaran vəziyyətindədirlər. Suriyadakı münaqişə bu hadisələrdə böyük rol oynayıb. Eləcə də Burundi, Mərkəzi Afrika Respublikası, İraq, Nigeria, Cənubi Sudan və Yəməndəki münaqişələr bu durumun ortaya çıxmasında “töhfələrini verib”. Bir çox insanlar öz ölkələrindən qonşu ölkələrə, məsələn, Suriyadan İordaniya və Türkiyəyə qaçırlar. İordaniya hazırda qaçqın qəbuluna görə dünyada 2,8 milyonla birinci, Türkiyə isə 2,75 milyon nəfərlə ikincidir.
“Oxfam”ın məruzəsində o da qeyd edilir ki, bir sıra varlı ölkələr qəsdən işi çətinləşdirirlər ki, qoy qaçqınlar gələ bilməsinlər.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info