İrəvanda Sefilyanın tərəfdarları polis əməkdaşlarını girov götürüb
Tarix: 18.07.2016 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Ermənistan polisi İrəvanda 200-dən artıq erməni vətəndaşını polis idarəsini zəbt edənlərlə əlaqələrinin olub-olmamasını yoxlamaq üçün həbs edib.
Xəbər verildiyi kimi, bazar günü səhər saatlarında bir qrup silahlı şəxs Ermənistan polisinin post-patrul xidmətinin ərazisinə daxil olub və burada olan insanları girov götürüblər. Polisin məlumatına görə, binanın ələ keçirildiyi zaman 1 polis əməkdaşı öldürülüb, 3-ü isə yaralanıb. Sonradan xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad olunub. Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən "Şuşa" batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər. Verilən məlumata görə, terrorist kimi təqdim edilən silahlı şəxslərin girov götürdükləri polislər arasında Ermənistan polisinin rəis müavini, general-mayor Vardan Eqiazaryan, İrəvan şəhər polis rəisinin müavini, polkovnik Valeri Osipyan da var.
Baş verənlərə münasibət bildirən Ermənistanın sabiq baş naziri Vazgen Manukyan bu olayı qanunsuz fəaliyyət kimi dəyərləndirib. O, «Tert.am» saytına verdiyi aıqlamada «Hər hansı bir səbəbdən asılı olmayaraq, baş verənlərin Ermənistan dövlətinə zəzərdən başqa bir şey verməyəcəyini» bildirib. Onun sözlərinə görə, «bütün terror aktları, yəni siyasətdə hərbi gücdən istifadə dövlət üçün mənfi nəticələrə gətirib çıxarır. Bunu dünya təcrübələrinə istinadən də demək olar»-deyə o, bildirib. Vazgena Manukyanın fikrincə, dövlətin terrorist kimi təqdim etdiyi silahlı qrup barədə müzakirə aprmaq hələ ki, tezdir. Lakin bütün bunlara baxmayaraq, onların fəaliyyəti qeyri-qanuni və Ermənistan dövləti üçün zərərlidir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, ölkənin hüquq-mühafizə orqanları problemin sülh yolu ilə həlli üçün bütün mümkün və mövcud tədbirlərin görülməsinə çalışsa da, bu, o qədər də kifayət nəticə verməyə bilər. Təhlükəsizlik Xidməti terrorçuların girov götürdükləri yüksək rütbəli polis əməkdaşlarını azad etməkdən imtina etdiklərini də etiraf edib. Xidmətin rəis müavini Unan Poqosyan xarici jurnalistlərə verdiyi açıqlamada terrorçuların tələblərinə heç bir güzəşt olunmayacağını bildirib: «Bizim tələbimiz isə onların silahları təhvil verərək, dövlət orqanlarına təslim olmalırıdır»-deyə bildirib.
Qeyd edək ki, “Novosti Armeniya”nın yaydığı son məlumata görə, erməni polisi «Başqa yol yoxdur» şüarı ilə post-patrul xidmətinin binasına yaxınlaşan bir qrup gənci həbs edib. Həbs edilən gənclərin "Elektrik İrəvan" təşkilatının fəalları olduğu ehtimal edilir.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info