Qarabağ müharibəsi əlilləri yeni evlərlə təmin edildi
Tarix: 19.07.2016 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Cari ilin ötən dövründə Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, həmçinin 25-dək rayonda (Siyəzən, Şabran, Qusar, Biləsuvar, Sabirabad, İmişli, Şamaxı, Oğuz, Şəki, Ağdaş, Balakən, Zaqatala və s.) fərdi yaşayış evləri, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə, 211 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.
Ümumilikdə indiyə qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 5443 nəfər əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 91 faizdən çoxu məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evinin Qarabağ müharibəsi əlillərinin istifadəsinə təqdim edilməsi zamanı bildirilib.
Tədbirdə müharibə əlilləri və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətlərindən olduğu vurğulanıb. Bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması yönündə görülən işlərdən bəhs olunub. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının həmin şəxslərin yeni mənzillərlə təminatında növbəti mühüm addımların atılmasına şərait yaratdığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sərəncamın icrası işlərinin cari ildə də uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı üçün ölkəmizin bölgələrində fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, eləcə də bu döyüşlərdə şəhid olmuş insanların ailələrinə dövlət qayğısının mütəmadi olaraq artırılmasının ümumən respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı vurğulanıb. Müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi istiqamətində görülən işlərdən də söz açılıb, onlara yönələn sosial ödənişlərin mütəmadi olara artırıldığı, bu təbəqələrdən olanların qanunvericiliklə bir sıra imtiyazlara malik olduqları diqqətə çatdırılıb. Əlilliyi olan insanların, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində də mühüm işlərin aparıldığı qeyd olunub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə təqdim olunan evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Qorqud





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info