Türkiyədə ümumi vəziyyət nəzarət altındadır
Tarix: 19.07.2016 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Ötən həftə Türkiyədə baş verən olaylar bütün dünyanın diqqətini qardaş dövlətə yönəltdi.
Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması nəticəsində şəhid olanların sayı 208-ə çatıb. Onlardan 60-ı polis, 3-ü hərbçi, 145-i mülki şəxsdir. Baş nazir bildirib ki, qiyam nəticəsində ümumilikdə 1491 nəfər yaralanıb. İndiyədək 7543 nəfər həbs edilib. Sualları cavablandıran B.Yıldırım Türkiyənin hava məkanının təhlükəsizliyi ilə bağlı hazırda hər hansı təhdidin olmadığını, ölkə üzrə ümumi vəziyyətə nəzarət edildiyini diqqətə çatdırıb.
Prezident Ərdoğan da dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin bəzilərinin son mənzilə yola salınması mərasimində deyib ki, qiyamın qarşısı xalqımıza etdiyimiz müraciətlə ölkəmizin bütün bölgələrində meydanlara axışan vətəndaşlarımız tərəfindən alınıb. Prezident qiyamçılara qarşı ən gözəl cavabı xalqın öz milli iradəsini ortaya qoyaraq verdiyini bildirib. Dövlət başçısı Fəthullah Gülən terror təşkilatı tərəfdarlarının yer aldığı məhkəmə sistemində geniş təmizləmə işlərinin aparıldığını və bu tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Rəcəb Tayyib Ərdoğan təşkilatın tərəfdarlarının həbs olunmasının məhkəmə orqanları ilə yanaşı, orduda və digər dövlət qurumlarında da aparılacağını qeyd edib. “Anadolu” Agentliyi indiyədək 103 general və admiralın həbs olunduğu barədə məlumat yayıb. Dünən 30 vali və yerli icra hakimiyyəti orqanlarının təqribən 300 nümayəndəsi tutduqları vəzifədən azad olunub. Vəzifəsindən azad edilənlər arasında daxili işlər orqanlarının və Sahil Mühafizəsinin əməkdaşları da var. Qiyamla əlaqədar ümumilikdə vəzifəsindən azad edilənlərin sayı 8 min 777-yə çatıb. “Paralelçilər” məhkəmə sistemindən də təmizlənir. 2745 hakim və prokuror vəzifədən çıxarılıb. Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bu miqdar Türkiyədəki hakim və prokurorların beşdə birini təşkil edir. Həbs olunan çoxsaylı prokurorlar arasında ötən illərin səs-küylü “Ergenekon” istintaqını aparan prokuror da var. “Konstitusiya quruluşunu dəyişməyə cəhd” ittihamı ilə başlanan cinayət işi çərçivəsində Düzcə vilayətində saxlanılan 13 prokurordan 5-i haqqında həbs qərarı çıxarılıb. Onların arasında “Ergenekon” cinayət işi çərçivəsində bir vaxtlar çoxlu sayda yüksək rütbəli hərbçinin həbsinə sanksiya vermiş Osman Şanal da var. Çevriliş cəhdinin uğursuzluqla nəticələnməsindən sonra Avropaya qaçmağa çalışan Türkiyənin Küveytdəki hərbi attaşesi Mikail Güllü Səudiyyə Ərəbistanında saxlanılıb. Güllü Türkiyənin tələbi ilə saxlanılıb. Artıq onun Türkiyəyə göndərilməsinə hazırlıq görülür. Polis sistemində də ciddi dəyişiklik gedir. Dövlət çevrilişinə cəhdlə əlaqədar 7850 polis əməkdaşı işdən azad edilib. Bazar günü gecədən etibarən Türkiyədə hüquq mühafizə orqanlarında qiyamçıların aşkar edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilir. Polis idarələrinə çağırılan xidmətdən kənarlaşdırılmış həmin polis əməkdaşlarının silahları və nişanları alınıb. “Anadolu” Agentliyi xəbər verir ki, Ərdoğanın Başyavəri (hərbi müşavir) Ali Yazıçı üçün də həbs qərarı verilib. Ali Yazıçının iyulun 15-də Ərdoğanla birlikdə Marmarisdə deyil, Ankarada olduğu bildirilir. Prezident Sarayının baş katibi Fəxri Kasırğanın qaçırılmasında da Albay Yazıçının əli olduğu iddia edilir.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı İlkər Başbuğ yaşadığı evdə jurnalistlərlə görüşərək, dövlət çevrilişinə cəhdi ölkənin və Türkiyə Silahlı Qüvvələrinin tarixinə ləkə kimi dəyərləndirib. O, Türkiyədə çevriliş təşkil edənləri, onun iştirakçılarını və dəstəkləyənləri lənətləyib. Çevrilişin qarşısının alınmasında birlik nümayiş etdirən əhaliyə, qiyamçıların zərərsizləşdirilməsində fədakarlıq göstərən polis qüvvələrinə, təhlükəsizlik orqanlarının əməkdaşlarına təşəkkürünü ifadə edən ordu generalı diqqətə çatdırıb ki, Türkiyə xalqı bir daha bütün dünyaya öz gücünü nümayiş etdirdi. Hərbi çevrilişə cəhd edənlərin kiçik bir qrup olduğunu deyən Başbuğ qeyd edib ki, münaqişəli ölkələrin əhatəsində yerləşən Türkiyədə ordunun gücünün qorunması çox vacibdir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info