Mingəçevirdə gənclərin ideya yarmarkası keçirildi
Tarix: 19.07.2016 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində ilk dəfə olaraq Mingəçevir şəhərində gənclərin ideya yarmarkasını keçirdi.
Böyük marağa səbəb olan ideya yarmarkasının məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsinə kömək etməkdir.
İdeya yarmarkasını giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov tədbir barədə geniş məlumat verib, Azərbaycan həyata keçirilən uğurlu gənclər siyasətinin bütün region gənclərinə, o cümlədən Mingəçevir şəhərində yaşayan və təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərdiyini vurğulayıb. O, bu cür tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini və Mərkəz tərəfindən gənclərin səmərəli təşəbbüslərinə dəstək verəcəklərini vurğulayıb. Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli təşkil edilən ilk ideya yarmarkasının əhəmiyyətini qeyd edərək, gənclərin təşəbbüskarlığının artırılması üçün həyata keçirilən bu cür tədbirlərin vacibliyini bildirib. Daha sonra ideya yarmarkası öz işinə başlayıb, iştirakçı gənclər təqdimatlar şəklində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim ediblər.
Gənclərin sahibkarlıq fəaliyyəti, onların asudə vaxtının səmərəli təşkili, ictimai kitabxanaların inkişafına kömək, informasiya cəmiyyəti, peşə təhsili, ekoloji maarifçilik, turizm bələdçilərinin hazırlanması və s. istiqamətlər üzrə maraqlı ideyalar təqdim olunub, müstəqil qaydada formalaşdırılmış jüri tərəfindən 3 ən çox səs toplayan ideyalar yüksək qiymətləndirilib. Sonda bildirilib ki, Mərkəz qalib gələn 3 ideyanın reallaşmasında yaxından iştirak edəcək. Qeyd edək ki, ilk dəfə keçirilən bu yarmarkalar, yaxın günlərdə Gəncə şəhərində, o cümlədən Quba və Ağcabədi rayonlarında da təşkil ediləcək.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info