Xalçaçılığın inkişafı qadınlar arasında işsizliyin azaldılmasında böyük rol oynaya bilər
Tarix: 19.07.2016 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Gəncədə xalçaçılığın bərpası və sənaye üslulu ilə toxunması nəinki şəhərin, eləcə də ölkənin qərb bölgəsində iqtisadiyyatın bir sıra sahələrinin inkişafı üçün əsas ola bilər. Xalçaçılığın inkişafı üçün Gəncə şəhəri həm böyük potensiala, həm də zəngin tarixi ənənələrə malikdir.
Araşdırmalar göstərir ki, Gəncə-Qazax növlü xalçalar digər regionların xalça nümunələrindən sıxlığına, çeşnilərinin kompozisiyasına, rənglərinin çalarına görə əhəmiyyətli dərəcədə fərqlənir. Bu tip xalçalar üçün xarakterik xüsusiyyət xalça sıxlığının azlığı (25X30), xovunun qalın olması, kompozisiyasının sadəliyi, ornamentlərin həndəsiliyi və əsasən parlaq rənglərdən istifadə olunmasıdır. Tarixə nəzər salsaq görərik ki, artıq XIV-XV əsrlərdə Gəncə xalçaları nəinki daxili tələbatı ödəyir, həmçinin dünyanın bir çox ölkələrinə də ixrac olunurdu. Təsadüfi deyildir ki, həmin dövrdə Avropa və Şərq ölkələrində yaradılmış rəssamlıq əsərlərində Azərbaycan xalçaları təsvir olunub. Gəncə-Qazax xalçaları içərisində yalnız xovlu xalçalar deyil, külli miqdarda xovsuz xalça məmulatı - palaz, kilim, şəddə, məfrəş, vərni, sumax, xurcun, heybə, çuval da istehsal olunub. 1845-ci ildən 1913-cü ilə qədər Gəncədə xalça və xalça məhsullarının ixracı 2 min 969 ədəddən 72,2 min ədədədək yüksəlib. İlk dəfə olaraq 1976-cı ildə Gəncədə xalça və xalça məmulatlarını sənaye üsulu ilə istehsal edən Xalça Mahud Kombinatının II növbəsi istismara verilib. Az bir müddətdə kombinatda istehsal olunan 40-dan çox müxtəlif çeşidli xalça Sovet İttifaqının 163 şəhərinə, habelə Türkiyə, İraq, Hindistan, Suriya, Yaponiya, Əlcəzair, Yuqoslaviya, Polşa, Macarıstan, Anqola, Şri-Lanka və başqa xarici ölkələrə ixrac edilib. Ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk illərdə yaşanan xaotik vəziyyət respublikadakı bir çox istehsal sahələri kimi, Gəncə Xalça Mahud Kombinatının da fəaliyyətini dayandırmasına səbəb olmuşdu. Hazırda Gəncədə sifarişlə xalça üzərində portret toxuyan bir-iki kustar müəssisəni və bu sahədə mövcud vəziyyəti dəyişmək üçün göstərilən təşəbbüsləri nəzərə almasaq, demək olar ki, nənə-babalarımızdan yadigar qalmış qədim el sənətimiz unudulmaq üzrədir. Halbuki bu qədim sənət növünün - Gəncə-Qazax qrupu məktəbinin şəhərdə keçmiş ənənələr üzrə inkişaf etdirilməsinə böyük ehtiyac var. Heç şübhəsiz Prezidentin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin xalçaçılığın da inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr yaxın vaxtlarda bölgələrdə bu qədim el sənətinin inkişafına böyük təkan verəcək. Zəngin xalçaçılıq tarixinə, böyük sənaye potensialına malik Gəncədə bu sahə ilə məşğul olan müəssisənin fəaliyyət göstərməsi, yüksəkkeyfiyyətli məhsulların isə istər ölkə daxilində, istərsə də xarici bazarlarda rəqabət şəraitində özünə yer tapması həm xalqımızın min illərdən bəri qoruyub saxladığı qədim el sənətimizin yenidən inkişafına təkan verər, həm də Gəncəbasar regionunun sosial-iqtisadi inkişafına, şəhərdə və ətraf rayonlarda isə qadınlar arasında işsizliyin daha da azaldılmasına çox böyük kömək göstərmiş olardı.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info