Azərbaycandan Rusiyaya ixrac artacaq
Tarix: 19.07.2016 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının görüşü keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Moskvada keçirilən görüşdə Azərbaycan tərəfindən işçi qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibində İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar və baytarlıq xidmətlərinin və ölkəmizin Rusiyadakı səfirliyinin nümayəndələri iştirak ediblər. Rusiya tərəfi isə işçi qrupunun rəhbəri, kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, Kənd Təsərrüfatı Nazirliyinin, o cümlədən Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor), Federal Gömrük Xidmətinin, Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının və "Rosselxozbank"ın nümayəndələri ilə təmsil olunub. Görüşdə Rusiya Federasiyasına ixrac edilməsi məqsədilə ət və süd məhsulları istehsal edən Azərbaycan şirkətlərinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə, həmçinin bu ölkədə ət və süd məhsulları istehsal edən şirkətlərin ölkəmizdə aparılan müvafiq reyestrə daxil edilməsi, meyvə-tərəvəz məhsullarının ixracının həcminin artırılması üçün qonşu ölkənin bazarına ixrac prosesində daha əlverişli şəraitin yaradılması, hər iki ölkədə verilən fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsinin elektron qaydada həyata keçirilməsi prosesinin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, müvafiq orqanların qarşılıqlı əməkdaşlığının aparılması müsbət qiymətləndirilərək, daha da genişləndirilməsi məqsədəuyğun hesab edilib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info