700 bal toplayan qazaxlı qızın arzusu həkim olmaqdır
Tarix: 19.07.2016 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


İyulun 15-də ali təhsil müəssisələrinə I və IV qruplar üzrə keçirilən qəbul imtahanında Qazax rayonunun Canallı kənd tam orta məktəbinin məzunu İsmayılova Səbinə Emin qızı 700 bal toplayaraq ən yüksək nəticə göstərib. Səbinə İsmayılova 1999-cu ildə anadan olub.
2005-ci ildə Canallı kənd tam orta məktəbinin birinci sinfinə qəbul edilib. Bu il həmin məktəbdən məzun olub. Onun atası Emin İsmayılov istefada olan hərbçi, anası Elnarə Məmmədova isə Səbinənin təhsil aldığı məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Səbinənin babası Rza kişi fizika-riyaziyyat müəllimi, nənəsi Almaz xanım isə riyaziyyat müəllimi olublar. Hazırda hər ikisi təqaüddədir. Məktəbin direktoru Ulduzə Yusifova söhbət zamanı bildirib ki, Səbinə məktəbin sayılıb-seçilən şagirdlərindən olub. Məktəbin ictimai işlərində fəallıq göstərməklə yanaşı, həmişə təhsildə də fərqlənib. 2015-ci ildə Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında 13 qalibdən biri olub. O, təhsil aldığı dövrdə bütün fənləri yaxşı mənimsəyib. Kimya, biologiya, riyaziyyat fənlərinə xüsusi maraq göstərib. S.İsmayılova AZƏRTAC-a bildirib ki, həkim olmaq istəyir. Tələbə qız bu xeyirxah peşəni seçməklə xalqın sağlamlığının keşiyində dayanmaq arzusundadır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info