ARGTMŞ-ın Aİ ölkələrində könüllülük mübadiləsi davam edir
Tarix: 19.07.2016 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


ARGTMŞ-ın Avropa İttifaqı ölkələrində könüllülük mübadiləsi davam edir. ARGTMŞ 2013-cü ildən Avropa Könüllülük Xidmətinin akkreditasiyanı keçərək proqram çərçivəsində “göndərən” və “qəbul edən” təşkilat olaraq Avropanın müxtəlif ölkələrində könüllülərin mübadiləsini təmin edir. Könüllülərdən biri fəal gənc Jalə Ələkbərova da proqram çərçivəsində Bolqarıstanda keçirilən 2 aylıq “EVS 4 All” adlı tərcübə proqramında iştirak şansı qazanıb.
Jalə Ələkbərova bakalavr təhsilini Bakı Dövlət Universitetində başa vurub, hal-hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsində təhsil alır. Jalə Ələkbərova artıq 5 ildir ki, fəal gənclərdən biridir. Bu illər ərzində ARGTMŞ-ın üzvü olan “Avropa Tələbələr Forumu-Bakı” İctimai Birliyi və “Yuva” Humanitar Mərkəzi təşkilatlarında könüllü olaraq fəaliyyət göstərib. Ümumilikdə 11-dən çox beynalxalq və 25-dən çox yerli layihələrdə iştirakçı qismində, 10-a yaxın layihədə isə təşkilatçı qismində iştirak edib.
Jalə Azərbaycana qayıdandan sonra proqram haqqında öz təəssüratlarını bizimlə bölüşüb: “Mənim üçün böyük təcrübə olan “EVS 4 All” adlı Avropa Könüllülük Xidməti layihəsi ilə əlaqədar Bolqarıstanda təcrübə proqramında iştirak etdim. Layihə haqqında məlumatı ilk öncə ARGTMŞ-ın facebook səhifəsindən əldə etdim. Bolqarıstanda keçirdiyim 2 ay ərzində 3 Eramus+ layihəsinin təşkilati prosesslərində iştrak etdim, “Youth Caravan” layihəsi çərçivəsində Bolqarıstanın 6 şəhərində Avropa Könüllülük Xidmətinin təbliğini apardım, Avropa ölkələrində çox tanınan layihələr çərçivəsində tədbirlər təşkil etdim, eyni zamanda gənclər üçün “online magazine” və “2 radio show” hazırladım. Həmçinin, “Youth Caravan” layihəsi zamanı Sliven şəhərində EVS könüllüsü olaraq bir radio verilişə qonaq oldum.
Avropa Könüllülük Xidməti vasitəsi ilə əldə etdiyim təcrübə və biliklər əsasında Azərbaycanda olan gənclər ilə yeni tədbirlər reallaşdırmaq istərdim. Həmçinin, könüllülük mübadilələri layihələri Azərbaycanda reallaşdırmağı düşünürəm. ARGTMŞ-a mənə belə fürsət yaratdığı üçün təşəkkürümü bildirirəm. Layihələrin təşkil edilməsində Azərbaycanda ARGTMŞ “göndərən” və “qəbul edən” təşkilat olaraq qürurvericidir. Gənclər üçün əhəmiyyəti böyük olan layihələrin təşkil edilməsi gənclər üçün əla fürstədir. Gənclərin layihə iştirakçısı olaraq əldə etdikləri təcrübələri öz ölkələrində tətbiq etməsi gözəl fürsətdir. Avropa Könüllülük Xidmətində iştirak etmək istəyən gənclərə isə məsləhətim budur ki, mümkün qədər daha çox könüllülük mübadilələri layihələrində iştirak etsinlər.”
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası yenidən “Avropa Könüllülük Xidməti”nin 2016-2019-cı illər üzrə akkreditasiyasından keçib. Akkreditasiya əldə etdikdən sonra ARGTMŞ rəsmi “göndərən” və “qəbul edən” təşkilat olaraq Azərbaycan gənclərinin Avropa Könüllülük Xidmətində iştirakını təmin etməkdə davam edir. Bu gün təşkilat 114 gənclər təşkilatını, minlərlə gənci özündə birləşdirən konfederativ qurum kimi, Azərbaycanın ən böyük gənclər platformasıdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Forumunun təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının təsisçisi, 2014–cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvü olmuşdur.

Fuad





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info