Müəllim öz adını müqəddəs tutmalıdır
Tarix: 19.07.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Vüsalə İsmayılova Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı
fakültəsinin Botanika kafedrasının baş müəllimi, pedaqogika üzrə
fəlsəfə doktorudur. 2012 - ci ildə «Ümumtəhsil məktəblərində biologiyanın tədrisində məktəblilərin mənəvi tərbiyə¬sinin formalaşdırılması üzrə işin sistemi» mövzusunda dissertasiya işini müdafiə edib. Elmi rəhbəri pedaqogika elmləri doktoru, professor, Əməkdar elm xadimi, Rusiya Sosial - Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Oruc Həsənlidir. Müxtəlif beynəlxalq və respublika elmi konfranslarında pedaqogika və psixologiya məsələlərinə dair elmi məruzələrlə çıxış edib. 40-dan cox xarici və respublika elmi nəşrlərində cap olunmuş elmi əsərlərin müəllifidir. Hazırda elmi fəaliyyətini davam etdirir, monoqrafiya və dərs vəsaiti üzərində işləyir.


Universitet deyəndə ilk ağlımıza gələn anlayış - tələbə anlayışı, sabahını uğurlu qurmaq üçün bizə üz tutmuş, bizə inanmış gənc gəlir. Elə bu nöqteyi-nəzərdən çıxış edərək biz bütün gördüyümüz işləri, elmi, pedaqoji fəaliyyətimizi tələbələrimizin sabahına, məqsədlərinə nail olmağa yönəltmişik. Bizim yaşadığımız surətlə dəyişən dunyamızda bəzən həyatda gənc nəsil özlərinə dayaq tapmaqda çətinlik çəkirlər. Bu zaman müəllim elə mənəvi dəyərlər aşılamağı bacarmalıdır ki, o özündə bu dəyərləri düzgün qiymətləndirə bilsin. Yəni tərbiyə gənc tələbə və şagirdlərin daxili dünyasında, ruhunda dürüstlüyə, səmimiyyətə yönəlmiş olarsa o zaman yüksək bəhrə verər.
Universitetimiz respublikada kifayət qədər yüksək nəticələri və nüfuzu ilə tanınan tədris ocaqlarından biridir. Dərslərdə mövzuları tədris etmək üçün kifayət qədər əyani vəsaitlər, mikroskoplar, preparatlarla təchiz olunmuş laboratoriyalar vardir. Auditoriyalarda elektron lövhələr quraşdırılıb. Bu isə dərslərin daha dərindən və əyani şəkildə mənimsənilməsində böyük rol oynayır.
Pedaqoji təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, müəllim ilk növbədə müəllimlik adını müqəddəs tutmalı, öz peşəsini sevməli, dərsə yaradıcı yanaşmalı və ən mühümü isə bilik verməklə yanaşı tələbənin daxili dünyasına yol tapmalıdır.
Unutmamalıyıq ki, dərs prosesi elə qurulmalıdır ki, tələbə 90 dəqiqə ərzində dərsdə özünü gərgin hiss etməsin, dərsə maraqla qulaq assın və yeni elmi biliklər qazansın. Hər bir mövzunu tədris edərkən onu elmi cəhətdən əsaslandırmaqla, faydalı cəhətlərini üzə çıxartmaq, dərsə maksimum dərəcədə maraq oyatmaq və əmək sərf etməklə yüksək nəticə əldə etmək mümkündür.
Tədris etdiyim fənlər (Sitologiya, Histologiya, Ekoloji Genetika, Yaşıllaşdırma) tələbələrin formalaşmasında böyük rol oynayır. Tələbələrə həyatın əmələ gəlməsi, hüceyrə, toxuma, üzvi aləmin inkişafı və təkamülü, insanın mənşəyi, ekologiyanın genetik amillərə təsiri problemləri və həlli yolları haqqında anlayışlar yaratmaqla müvafiq bilik və bacarıqlar aşılanır, canlı maddi aləmin tamlığı və vəhdət təşkil etməsi haqqında elmi dünyagörüş və məntiqi təfəkkür formalaşır.
Tələbələrin fəal vətəndaş mövqeyi və elmə marağını nəzərə alaraq universitetin rəhbərliyi və tələbələrin təşəbbüsü ilə yaradılmış Tələbə Elmi Cəmiyyəti istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması məqsədilə konfranslar keçirir. Elmin və praktikanın vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, yeni biliklərin yaranmasının əsası kimi marağın inkişaf etdirilməsinə təkan verir. Tələbələr müxtəlif mövzularda tədqiqatlar aparırlar. Yeri gəlmişkən qeyd edim ki, bu il tələbələri maarifləndirmək məqsədilə mənim rəhbərliyim altında istedadlı tələbələrimdən birinin hərtərəfli araşdırdığı “Hepatit xəstəliyi və onun qarşısının alınması” mövzusunda hazırladığı layihə müəllim və tələbə heyəti tərəfindən çox rəğbətlə qarşılanmışdır və birinci yerə layiq görülmüşdür.
Dərsin daha canlı kecməsi üçün müxtəlif suallarla tələbələrə müraciət edirəm. “Ən xoşbəxt insan kimdir?“ sualına müxtəlif cavablarla rastlaşdım. Biri xoşbəxtliyini var-dövlətdə, biri yaxşı ailədə, o biri dünyanı gəzməkdə görür və s. Ancaq ən xoşbəxt insanın sağlam insan olmasını unudurlar. Dərsimizin belə gedişində mövzunun məzmununa uyğun olaraq xəstəliklər haqqında-əsrin bəlası sayılan QİÇS, hepatit virusu və bir sıra yoluxucu xəstəliklərə yoluxma halları və onların qarşısının necə alınması, necə insanın həyatını məhv etdiyini, ağır müalicəsi haqda tələbələrə əlavə biliklər verməyi özümə borc bilirəm. Onlara xosbəxt insanın sağlam insan olduğunu izah edirəm. Çünki gənclər bizim gələcəyimizdir və onların sağlamlığı vacib şərtlərdən biridir.
Müəllimlik çox məsuliyyətli və diqqət tələb edən peşədir. Milli-mədəni dəyərlərimizi özündə cəmləşdirən Azərbaycanlı olmaq, mənəvi cəhətdən sağlam və zəngin olmaq bizim hər bir tələbəyə təhsil dövründə çatdırmaq istədiyimiz cəhətlərdir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. Elə düşünürəm ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə, tələbələrə vətənpərvərlik duyğusunu, hisslərini aşılamağı bacarmalıdır. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə bacardığımız qədər təbliğatın güçləndirilməsi vacib əhəmiyyət kəsb edir.
Turkiyənin “Azərbaycanın səsi” adlı dərgisində çap olunmuş “Vətəni Qarabağda əsir düşən təbiətin möcüzəsi xarıbülbülümüz” adlı məqaləm Turkiyədə oxucular arasında böyük maraqla qarşılanıb. Bu məqalədə geniş oxucu kütləsinə Qarabağımızın Şuşa dağlarının Cıdır düzündə öz vətənində sürgün həyatı yaşayan bu nadir bitkinın hekayəsi haqqında, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzda ermənilər tərəfindən işğal edilən ərazilərdəki 250 min 928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələrinin vəhşicəsinə məhv edilməsi və biomüxtəlifliyə vurulan ağır zərbələr haqqında məlumatları çatdırmağa çalışmışam.
Bacardığım qədər dərs zamanı da tələbələr arasında vətənpərvərlik duyğularını, hisslərini gücləndirmək məqsədilə erməni işğalı altında olan ərazilərimizdə adları Qırmızı Kitaba düşən (ağquyruq dəniz qartalının, böyük qartalın, məzar qartalının, qara kərkəsin, Qafqaz tetrası və digərlərinin) və düşməyən 100-dən artıq quş növlərinin, bitki və heyvan növlərinin nəslinin tamamilə kəsilmə təhlükəsi, Qarabağımızın qoruqlarının, təbiət abidələrinin məhv edsilməsi haqqında tələbələrimə ətraflı izah etməyi həm müəllim, həm də Azərbaycan vətəndaşı kimi özümə borc bilirəm.
Hal-hazırda biz nə qədər gənclərin təhsilinə və tərbiyəsinə önəm versək, onlar da gələcəkdə bizi elə təmsil edəcəklər. Mən özümü o zaman xoşbəxt hesab edərəm ki, dərs dediyim tələbələr gələcəkdə kamil şəxsiyyət-insan-vətəndaş kimi xalqına, dövlətinə fayda verə bilsinlər, Vətənin maraqlarını öz maraqlarından həmişə üstün tutsunlar. Çünki gənclər bizim gələcəyimizdir və dövlətin gələcək qurucularıdır




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info