BANM-in 26 tələbəsi “Petkim”-də
Tarix: 19.07.2016 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin İzmir şəhərinə, “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirilib.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov öncə “Petkim” şirkətində istehsalat təcrübəsi keçmək imkanı qazanan 26 tələbəni təbrik edib və onlara uğurlar arzulayıb. Rektor tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il ali məktəbin tələbələrinin SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsinə göndərildiyini qeyd edib. O, bu nəhəng şirkətdə təcrübə keçmək imkanı qazanan tələbələrin şanslı olduğunu vurğulayaraq onların orada gedən iş prosesi ilə yaxından tanış olmaq, istismarda olan hər bir qurğunun avadanlığı, texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanların qazandığını valideynlərin diqqətinə çatdırıb. Rektor bu təcrübənin tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların təcrübəli kadr kimi yetişməsinə kömək edəcəyini bildirib.
Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb və valideynləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, ötən ildən etibarən BANM və “Petkim” şirkəti arasında əldə olunan razılaşmaya əsasən, ali məktəbin seçilən tələbələri ildə bir dəfə olmaqla “Petkim” şirkətində yay istehsalat təcrübəsinə göndərilirlər. Bu il tələbələr 18 iyul-29 avqust tarixləri arasında bir ay müddətində bu şirkətdə istehsalat təcrübəsi keçəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info