Binəli Yıldırım: “Bütün dövlət çevrilişləri milli iradəyə qarşı xəyanətdir”
Tarix: 19.07.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


15 iyul hadisələri xalqın müqəddəs zəfər dastanıdır. Xalqımız tarixinə layiq hərəkət edərək əcdadlarımızın qəhrəmanlıq ruhunu yenidən canlandırdı.
Bu sözləri iyulun 19-da Türkiyənin Baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım partiyanın qrup toplantısındakı çıxışında deyib.
“Tankın gücü xalqın gücünü məğlub edə bilmədi”, - deyən B.Yıldırım qeyd edib ki, bu dövlət gücünü tankdan deyil, xalqdan alır. Bütün dövlət çevrilişlərinin milli iradəyə qarşı xəyanət olduğunu vurğulayan Baş nazir bildirib ki, qiyamçılar özlərinə inanaraq, bir neçə saat ərzində ölkəni ələ keçirəcəklərini düşünürdülər. Lakin Prezident Rəcəb Tayyib Ərdoğan heç bir təhlükədən qorxmayaraq, xalqı ilə birlikdə qiyamçıların qarşısına çıxaraq bu xain dövlət çevrilişi cəhdinin qarşını aldı. Xalqın, dövlətin həyatı təhlükə qarşısında olduğu zaman necə həmrəy olduğumuzu bütün dünya gördü.
B.Yıldırım dövlət çevrilişi cəhdinin qarşısının alınmasında göstərdiyi həmrəyliyə görə Türkiyə xalqına, siyasi partiyaların rəhbərlərinə təşəkkürünü bildirib, demokratiyanın qalib gəlməsi münasibətilə onları təbrik edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info