Səbaildə 2016-cı ilin birinci yarısının yekunları müzakirə olunub
Tarix: 19.07.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu. İlk növbədə aprel ayında Ermənistanın növbəti təxribatı ilə bağlı Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində əldə olunan qələbədən, cənab Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar və görülən işlər barədə məlumat verildi.
Eldar Əzizov ötən 6 ay ərzində ölkədə əldə olunmuş uğurlar, həyata keçirilən layihələr barədə məlumat verərək Səbail rayonunda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışdı. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.
Azərbaycanın çoxillik tarixində bir çox böyük dövlət xadimlərinin olmasına baxmayaraq yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanmışdır. Bunlardan biri Azərbaycan xalqının Ümummimlli lideri Heydər Əliyevdir. Onun davamçısı Prezident İlham Əliyev isə artıq Dünya Azərbaycanlılarının əsl ümumxalq lideri kimi qəbul olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirdi ki, cari ilin 6 ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 9 milyard 147,2 milyon manatlıq məhsul istehsal edilmiş ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz çoxdur. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 169.9 milyon manat olmuşdur ki, bu keçən ilin müvafiq dövrünə nisbətən 22,7 faiz azdır.
Rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 60.2 milyon manat olmuşur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9.7 faiz azdır.
6 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4 milyard 524.6 milyon manat, və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,7 faiz çox olmuşdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 2.962,8 milyon manat olmuş, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,4 faiz çoxdur.
6 ayda rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 203.3 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 3,7 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 76.4 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz azdır azdır.
2016-cı ilin I yarısında Səbail rayonunda çalışan işçilərin sayı 112571 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1350.1 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 23.9 % % çoxdur.6 ay ərzində Səbail rayonda 1795 yeni daimi iş yeri, 2003-cü ilin 01 oktyabr tarixindən 01.07.2016-ci il tarixinə kimi 51138 yeni iş yerləri acilmişdir ki, bunun da 47670–i daimi iş yerləridir.
6 ay ərzində rayonda 417 doğum və 241 ölüm, 622 nikah və 124 boşanma halları qeydə alınmışdır.
Qeyd olunmuşdur ki, hazırda rayon ərazisində-"Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin, Bakı Media Mərkəzinin, yeni «İnterkontinental» mehmanxanasının, curnalistlər üçün yeni binanın, Ali neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin tikintisi və «Dinamo» mehmanxanasının, İncəsənət muzeyinin əsaslı təmiri aparılır.
Bu il iyunun 19-21-də Bakıda ilk dəfə olaraq «Formula-1» üzrə Avropa Qran-prisi yarışları keçirilmişdir. Mötəbər yarışların yüksək səviyyədə keçirilməsi üçün marşrutunun keçdiyi bütün yollar əsaslı təmir olunmuş, ərazidə böyük abadlıq işləri həyata keçirilmişdir. Bu işlər çərçivəsində mərkəzdəki Xaqani, Puşkin, İstiqlaliyət, Əziz Əliyev küçələrindəki binaların fasadları, eyvanları, dam örtükləri təmir olunmuş, küçələrə yeni asfalt qatı salınmış, mərkəzdəki küçələrin səkiləri təmir olunaraq bura daş döşənmişdir.
RİH tərəfindən Badamdar qəsəbəsində 6 çoxmənzilli yaşayış binalarının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri başa çatdırılmışdır. Məhəllə tam təmir olunmuş, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Həyətdə mini stadion tikilmiş, bura süni örtük çəkilmiş, idman qurğuları və böyük şahmat lövhəsi və bir neçə əyləncə qurğuları quraşdırılmışdır.
İyun ayında Bayıl yaşayış sahəsindəki Aydın Məmmədov küçəsi 74 ünvanında yerləşən 5 mərtəbəli bina və ona bitişik ərazidəki məhəllədə RİH tərəfindən abadlıq-quruculuq işlərinə başlanmışdır. Burada həyətdə 2500 kv.metr sahəyə asfalt salınması ilə bağlı hazırlıq işləri görülür, 250 p/m sahədə pilləkənlər təmir olunur və yeni mini stadion tikilir. Təmir işləri ilə bağlı həyətdə 2 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, idman və uşaqlar üçün əy əyləncə qurğuları, yeni işıqlandırma sistemi quraşdırılır, binanın fasadı təmir olunur.
RİH tərəfindən 2015-ci ilin sonundan etibarən Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”ın yaradılması işlərinə başlanmış və burada 150 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur. İlin əvəlindən parkda 24 ha sahədə 70 min yeni ağac əkilmiş, onlara gündəlik qulluq göstərilir.
Hazırda Dövlət Proqramına uyğun olaraq Badamdar qəsəbəsində 3 ədəd yeni su anbarlarının tikintisi davam edir.
«Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi» layihəsi çərçivəsində Badamdar qəsəbəsində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sürətlə davam edir, əsas küçələrdə qazılan xəndəklər doldurularaq hissə-hissə asfaltlanır və işlər başa çatdıqdan sonra sakinlər gün ərzində su ilə təchiz olunacaq, kanalizasiya ilə bağlı problemlər tam həllini tapacaqdır.
Həmçinin Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində təmir-tikinti işlər aparılaraq küçənin 10 min kvadrat metr sahəsi asfaltlanıb, mövcud piyada səkiləri bərpa olunub, səkilərin kənarına ümumilikdə 2 min p/m səki daşı düzülüb.
Azərbaycan Respublikası Prezidentinin ölkədə normal biznes mühitinin yaradılması və sahibkarlığın inkişafına dəstək göstərilməsinə dair tapşırılarının icrası ilə bağlı Səbail rayonunda müvafiq işlər həyata keçirilmiş, RİH Başçısının rəhbərliyi ilə Xüsusi qərargah yaradılmış, rayonda fəaliyyət göstərən sahibkarlarla görüşdə onların müraciət və təklifləri dinlənilmişdir. Hazirda RİH-də «Qaynar xətt» telefonu fəaliyyət göstərir.
Ölkədə işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun təmin olunması istiqamətində ölkə başçısı tərəfindən iş yerlərinin açılması barədə xüsusi tapşırıqlarının icrası ilə bağlı 6 ay ərzində rayondakı idarə, təşkilat və müəssisələrində yeni iş yerlərinin açılması və vətəndaşların işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində 295, özəl qurumlarda 911 yeni iş yeri açılaraq vətəndaşlar işlə təmin olunmuşlar.
Ölkə başçısının təşəbbüsü ilə rayonumuzda tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılmışdır. Şəhərin mərkəz hissəsində, həmçinin Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan, şəhərimizin ümumi görünüşünə və gözəlliyinə xələl gətirən yaşayış binalarının sökülüb yerində müasir binalarının tikintisi ilə bağlı tikinti məsələləri ilə məşğul olan sahibkarlar tərəfindən 6-dan çox müasir layihə işlənib təsdiq olunmuşdur. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. rayonda Neftçi Qurban küçəsi 27, Neftçi Qurban küçəsi 72-74-76-76a ünvanlardakı ərazidə işlərə başlanıb, Neftçi Qurban küçəsi 12-22, Neftçi Qurban küçəsi 32-36-36a və Neftçi Qurban küçəsi 58-60-62-64, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 1-3, Xanlar küçəsi 10 ünvanlarındakı ərazilərdə hazırlıq işləri gedir, layıhılərin ekspertizası aparılır.
Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaqdır.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə RİH-nin nümayəndələri iştirak etmişlər.
Birinci yarımillikdə RİH-nin təşəbbüsü ilə çap olunmuş «Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah» kitabının təqdimatı keçiridi, daha 2 – Azərbaycanlıların soyqırımı ilə bağlı və rayonun orta məktəb şagirdləri arasında keçirilən Azərbaycan tarixinə həsr olunmuş elmi-praktiki konfransdakı məruzələr toplanmış kitabların çap olunması istiqamətində işlər həyata keçirilir.
Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və təklifləri - qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, «Abad məhəllə»lərin yaradılması işlərində bələdiyyələrin zəif iştirakı, mərkəzdə ki küçələrdə bəzi səkilərə döşənmiş daşların dağılması, köhnə binaların təmiri və yenidən tikilməsi işlərində sahibkarların fəal olması və tikintidə yeni iş yerlərinin açılması, qanunsuz torpaq zəbt olunması və burada tikinti işləri aparılmasının qarşısının alınması, 20-ci sahədə su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, «Ekoloji park»da işlərin ciddi nəzarətdə saxlanılması, Dövlət mənzil fondunun qorunması, yay mövsümündə bəzi ərazilərdə isməli su ilə bğlı yaranmış problemlər və s. məsələlər toxunuldu, vətəndaşlarların müraciətlərinə həssas yanaşmaları ilə bağlı müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmiş və bununla əlaqədar rayon ictimaiyyəti adından Prezident cənab İlham Əliyevə minnətdarlıq məktubu qəbul edilmişdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info