Dövlət qulluğu vəzifələrində işləmək istəyənlər tələssinlər
Tarix: 19.07.2016 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) Dövlət Statistika Komitəsi (DSK) və Bakı Ağır Cinayətlər Məhkəməsində inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 80 vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə iyulun 19-dan yeni müsabiqə və ümumi müsahibə elan edib.
Komissiyadan bildiriblər ki, vakant vəzifələrdən 75-i müsabiqəyə, 5-i isə ümumi müsahibəyə təqdim edilib. Müsabiqəyə çıxarılan vəzifələrdən 74-ü (6 vəzifə inzibati vəzifələrin 5-ci, 68 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəzi aparatında və yerli bölmələrində, biri isə (inzibati vəzifələrin 6-cı təsnifatına aiddir) Bakı Ağır Cinayətlər Məhkəməsindədir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr (1 vəzifə inzibati vəzifələrin 5-ci, 4 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəzi aparatında və yerli bölmələrindədir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıdakı sahələr üzrə bilikləri yoxlanılacaq:
-dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;
-qanunvericilik sahəsində - 40 test tapşırığı;
-informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
-məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytının “Dövlət qulluğuna qəbul” bölməsinin “Test imtahanı proqramları” alt bölməsində yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı iyulun 19-dan avqustun 17-si saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları sənədlərini iyulun 19-dan avqustun 8-i saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 19 iyul tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytının “Dövlət qulluğuna qəbul” bölməsinin “Elanlar” alt bölməsində yerləşdirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info