Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı - “Gazelli Group”
Tarix: 19.07.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Kosmetika vasitələri hazırlanarkən ölkəmizdə yetişdirilən nar, heyva, tərxun, reyhan, xurma, əncir kimi meyvə və tərəvəzlərdən, xına, kürü, hətta Naftalan yağları və vulkan palçığından istifadə edilir

Dövlət başçısının qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi siyasət real nəticələrini verməkdədir. Bu gün dünya bazarında neftin qiymətlərinin kəsin aşağı düşdüyü, maliyyə böhranını tüğyan etdiyi bir vaxtda qeyri-neft sektorunun inkişafı çox böyük əhəmiyyət daşıyır. Bu sahənin inkişafı iqtisadiyyatın diversifikasiyası ilə yanaşı, ölkəyə ciddi maliyyə axını təmin edə bilər. Qeyri-neft sektorunun inkişafı, sahibkarlara ayrılan yardımlar bu sahədə ciddi dönüş yaradıb. Sahibkarlıqla məşğul olanlar üçün lisenziyaların sayının minimuma endirilməsi, bu sahədə yoxlamaların dayandırılması inkişaf üçün əlavə stimul yaradır.

Bu gün ölkəmizdə güclü qeyri-neft ixracı potensialı yaradılır, ixracın stimullaşdırılması ilə bağlı institutsional tədbirlər həyata keçirilir. Dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qeyd etmişdi ki, 2016-cı ilin ötən altı ayının nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq.
Cari ilin birinci yarısının iqtisadi göstəriciləri ümidvericidir. 2016-cı ilin birinci yarısında Azərbaycanda qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb, iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub. Bu sahənin inkişafı ölkəmiz üçün prioritetdir. Qeyri-neft sektorunda milli brend səviyyəsinə yüksələ biləcək müəssisələrin yaradılması, onların dünya bazarına məhsul ixrac etməsi qarşıya qoyulan hədəflərdəndir. Xaricə valyuta axınını azaltmaq, milli iqtisadiyyatı inkişaf etdirmək üçün yüksək səviyyəli yerli məhsul istehsal etməliyik. Belə olan halda, daxili bazar idxaldan minimum səviyyədə asılı olur. Yerli məhsulun keyfiyyətinin yüksək olması isə dünya bazarına çıxmaq potensialının artması deməkdir. Deməli, yüksək keyfiyyətli məhsul istehsal etməklə hə daxili bazarı təmin edə, həm də xarici bazara məhsul sata bilərik ki, bu da ölkəyə ciddi valyuta axını təmin edə bilər. Milli brend səviyyəsinə yüksələ biləcək şirkətlərimizdən biri də “Gazelli Group”dur. Dünən media nümayəndələrinin Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı olan şirkətə press-turu təşkil edildi. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yelena Sidorenko, şirkət rəsmisi Nigar Ramazanovanın bizə verdiyi informasiyalardan öyrəndik ki, “Gazelli Group” bütün məhsullarının təbiiliyinə tam zəmanət verir. Yəni şirkət istehsal etdiyi müxtəlif çeşidli kosmetik vasitələri təbii məhsullardan hazırlayır. Kosmetika vasitələri hazırlanarkən ölkəmizdə yetişdirilən nar, heyva, tərxun, reyhan, xurma, əncir kimi meyvə və tərəvəzlərdən istifadə edilir. Həmin meyvə-tərəvəzlərdən ekstraktlar çəkilir. Şirkətin istehsal müəssisəsində olarkən heyva ekstraktından kosmetika məhsulu hazırlanmasının şahidi olduq. Sırf yerli məhsul olan heyvadan kosmetik vasitə hazırlanır.

Şirkətin məhsulları artıq İngiltərə, Almaniya, Türkiyə , Rusiya və Gürcüstan bazarlarına çıxarılıb, bir neçə Avropa ölkəsi ilə danışıqlar aparılır


Şirkət rəsmisi Nigar Ramazanova qeyd etdi ki, elə məhsullar var ki, tərkibində xına, kürü, hətta Naftalan yağları və vulkan palçığı da var. Şirkətin elmi-sınaq laboratoriyasının direktoru Leyla Dadaşova qeyd etdi ki, məhsulların hazırlanmasında ümumilikdə 100-dən çox inqridiyentdən istifadə edilir. Məhz Azərbaycan təbiətinin nemətlərinin məhsulların tərkibinə daxil edilməsi, onları xüsusilə fərqli və özünəməxsus edir. Şirkət tam təbii məhsullardan müxtəlif kosmetik vasitələr istehsal edir. Bu məhsulların istər ölkə daxilində, istərsə də ölkə xaricində təbliğ olunmasına ehtiyac var. Xarici bazarlarda sırf təbii məhsullardan hazırlanan kosmetik vasitələr, böyük ehtiyac var. Yəni bu sahədə təbliğat-marketinq işini lazımi səviyyədə qurmaqla xarici bazarlara böyük ölçüdə məhsul ixrac edilə bilər. Press-tur zamanı bildirildi ki, şirkətin məhsulları artıq İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Gürcüstan bazarlarına çıxarılıb, bir neçə Avropa ölkəsi ilə danışıqlar aparılır. Şirkət rəsmisi qeyd etdi ki, məhsullara xarici ölkələrdə böyük tələbat var: “Orada yaşayan həmyerlilərimizin isə Azərbaycan məhsullarına rast gələrkən, onların necə qürur duyduqlarını görürük. Özü də vurğulamaq lazımdır ki, konsepsiyamız “Made in Azerbaijan”-dır. Və biz bununla fəxr edirik”. “Gazelli Group” dünya standartlarına uyğun GMP sertifikatı alan nadir şirkətlərdəndir. Bununla hər bir məhsulu Avropa keyfiyyəti sertifikatı alıb, eyni zamanda onlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “halallıq” sertifikatı da verilib. Bu sertifikat şirkətə öz məhsullarını müsəlman ölkələrinin bazarlarına da çıxmağa imkan verəcək. Şirkətin laboratoriyasında və istehsal müəssisəsində müşahidə etdiyimiz intizam, səliqə-sahman burada keyfiyyətin yüksək səviyyədə olduğunu deməyə əsas verir. Şirkət müasir avadanlıqlarla təchiz olunmuş fabrikə və elmi-tədqiqat laboratoriyasına malikdir. 12.000 kv.m sahəyə malik olan fabrik ekoloji təmiz zonada yerləşir. “Ətraf mühitə qayğı ilə yanaşmaq” prinsipinə əsaslanaraq, fabrik tikilərkən ərazidəki ağaclar qorunub saxlanılıb, hazırda bu ağaclar binanın içərisindən keçir. Onu da öyrəndik ki, 1999-cu ildə yaradılmış şirkət əməkdaşlarının rahatlığına da xüsusi diqqət ayırır. Burada personal üçün bütün şərait yaradılıb, onlar gündəlik tələbatları və nahar yeməyi ilə təmin olunurlar. 250 nəfərdən çox əməkdaşı olan kollektivdə əlillər, qaçqın və məcburi köçkünlər, himayəsində əlil uşaqlar olanlar, o cümlədən də 3 uşaq evini yenicə tərk etmiş şəxslər də var. Müşahidələrimiz onu göstərir ki, milli Azərbaycan brendi olan “Gazelli Group” təbliğat işini lazımi səviyyədə qurmaqla dünya bazarında özünə layiqli yer tuta biləcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info