Antibiotiklərin orqanizmdə rolu nədir?
Tarix: 20.07.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Mikroflora yalnız biosferanın vacıb olan komponentlərindən biri deyil, eyni zamanda hər bir orqanizmin yaşayış tərzidir.
immunitet.az bildirir ki, bu, hər bir orqanizmin toxumalarındakı hüceyrələrin təbii baryeridir. Bağırsaq mikroflorası infeksion xəstəliklər zamanı immun sistemin funksiyalarını idarə edir, bioloji maddələrin sintezində iştirak edirlər. Belə ki, orqanizmin müxtəlif hüceyrə və toxumalarında yaşayan mikroorqanizmlərin miqdarı və növləri kəskin surətdə dəyişir. Məsələn, 1 qram ağız suyunda 106-109 vahid maddə, yoğun bağırsaqda isə daha çox mikroorqanizmlər var.
Probiotik sözü antibiotik sözündən götürülmüşdür. Yəni probiotiklər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafını təmin edir. Probiotiklər antibiotiklərdən fərqli olaraq diri mikroorqanizmlərdir. Onların az miqdarda orqanizmə yeridilməsi sağlam uşaqlara müsbət təsir göstərir.
Probiotik dərman preparatlarını bir-neçə qrupa bölmək olar:
1. Diri mikroorqanizmləri olan preparatlar.
2. Normal mikrofloranın struklur elementlərini özündə birləşdirən preparatlar.
3. Funksional qida maddələri. Bu cür qida mddələrinin tərkibində mikrob mənşəli qidalar var.
Metobolik probiotiklər arasında əsas yeri yağ turşuları - sirkə, propion, valerian və izovalerian birləşmələri tutur. Təsdiq olunmuşdur ki, yağ turşuları orqanizmdə bir-sıra funksiyaların yerinə yetirilməsində mühüm rol oynayır, enerji mübadiləsində iştitak edir, normal mikrofloranı tənzimləyir. Bundan başqa, yağ turşuları patogen mikroblara qarşı bakteriosid təsir edir, pH balansının saxlanılmasında iştirak edir.
Antibakterial preparatların lazımsız istifadəsi patogen mikroblarla bərabər, orqanizm üçün lazım olan mikrofloranın da məhvinə səbəb olur. Nəticədə mikrobioloji, biokimyəvi metobolik proseslər pozulur. Bütün bunların nəticəsində şərti ptogen flora aktivləşir və bəzi mikroblar (stafilokokk, protey, göbələk, göy, yaşıl irin çöpləri ) antibiotiklərə qarşı daha davamlı olurlar. Buna gərə də həkimin göstərişi olmadan və lazım gəlmədikcə antibiotiklərin istifadəsindən uzaq durmaq lazımdır.






 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Nə qədər istəyirsən ye, kökəltmir - XURMA
27.05.2019
Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
25.05.2019
Tibb Universitetində keçirilən aksiyada 50-yə yaxın xəstə müayinə olunub
24.05.2019
Gözlərimizin nurunu alan qidalar
24.05.2019
Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
2 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
3 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
4 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info