“Bakıda Dünya Kubokunun finalı yüksək səviyyədə keçəcək”
Tarix: 20.07.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Milli Gimnastika Arenası bu vaxta qədər təlimlərdə olduğumuz ən yaxşı yerlərdən biridir. Həm məşqlər, həm də yaşayış üçün şərait, sadəcə, möhtəşəmdir”

“Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı yüksək səviyyədə keçəcək, yarışa hazırlıq prosesi də bunu təsdiq edir”, - deyə, ABŞ-ın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi Marqarita Mamzina bildirib.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. M.Mamzina deyib: “Biz ilk dəfədir ki, Bakıda belə yarışa qatılırıq. Bugünə qədər gördüyümüz hazırlıq işlərinin gedişatı, yarışın yüksək səviyyədə keçəcəyini deməyə əsas verir”. Onun sözlərinə görə, qarşıdakı yarış onun komandası üçün Olimpiya öncəsi yoxlama-məşq xarakteri daşıyır və gimnastlar 100 faiz əmək sərf etməyə hazırdılar. “Bakıdakı Dünya Kuboku Olimpiya Oyunları öncəsi sonuncu yarışdır və bu bizim üçün, Rio-de-Janeyroya yollanmazdan əvvəl əsas məşq toplanışıdır. Biz ilk onluğa düşmək istərdik, əlbəttə, bu qızlarımızın çıxışlarından asılıdır. Əsas odur, onlar yaxşı çıxış etsinlər. Düşünürəm ki, komanda yarışa hazırdır. Onlar artıq tarixi addımı atıb, belə ki, ilk dəfə olaraq ABŞ-ın qrup hərəkətləri komandası Olimpiadaya vəsiqə qazanıb”, - deyə məşqçi qeyd edib. Marqarita Mamzinanın sözlərinə görə, komanda təlim-məşq toplanışı keçmək üçün Bakıya yarış başlamazdan bir neçə gün əvvəl gəlib. Onun fikrincə, Bakıdakı şərait təlim-məşq toplanışı üçün idealdır: “Biz təlim-məşq toplanışı keçmək üçün, Bakıya Dünya Kubokunun başlamasına bir neçə gün qalmış gəlmişik. Qeyd etmək istəyirəm ki, Milli Gimnastika Arenası bu vaxta qədər təlimlərdə olduğumuz ən yaxşı yerlərdən biridir. Həm məşqlər, həm də yaşayış üçün şərait, sadəcə, möhtəşəmdir”. Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi iyulun 22-dən 24-dək Bakıda təşkil olunacaq. Yarışın ilk 2 günündə çoxnövçülük üzrə yarışlarda 31 gimnast və 12 qrup hərəkətləri komandası mübarizə aparacaq. Dünya Kubokunun son günündə isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yarışda ümumilikdə 20 ölkə iştirak edəcək. Bədii gimnastika üzrə Dünya Kubokunda ilk dəfə olaraq Livan gimnastları da çıxış edəcəklər. Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında ötən mərhələlərdə 4 alət üzrə çıxışlarda ən yaxşı nəticəni göstərib ilk yeri tutmuş gimnastların və qrup hərəkətləri komandalarının xüsusi mükafatlandırma mərasimi baş tutacaq. Bu dəfə də, bədii gimnastika həvəskarları quruluşu Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilevaya məxsus olan möhtəşəm açılış mərasimi (22 iyul), həmçinin tanınmış gimnastlarla yanaşı, Azərbaycanın gələcəyi olan gənc gimnastların iştirakı ilə ənənəvi Qala-konserti (24 iyul) izləyəcəklər.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
26.09.2018
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
26.09.2018
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
26.09.2018
Cüdoçumuz İrina Kindzerska dünya çempionatında növbəti qələbəsini qazanıb
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info