İrəvanda baş verənlər təhlükəli həddə çatıb
Tarix: 20.07.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Terrorist kimi təqdim edilən qrupa qarşı hücum ölkədə gözlənilməz nəticələrə səbəb ola bilər

Artıq üçüncü gündür ki, Ermənistan elan edilməmiş fövqəladə vəziyyətdə yaşayır. Silahlı qrup post-patrul bölməsində 5 nəfəri girovluqda saxlamaqda davam edir. Post-patrul bölməsi polis qüvvələri tərəfindən mühasirəyə alınsa da, belə görünür ki, hazırda heç bir kompromis variant mövcud deyil.
Ermənistanın «Lragir» saytının məlumatına görə, silahlı qrupla aparılan danışıqlar, hələ ki, heç bir effekt verməyib. Danışıqlarda Jirayr Sefilyanın bəzi təkliflərlə çıxış etdiyi barədə deyilənlər də, yerli polis tərəfindən inkar edilir.
İrəvanda isə vəziyyət gərginləşməkdədir. Ötən gün şəhərin mərkəzində başlanan mitinq iştirakçıları polisin silahlı qruplaşmaya hücumunun qarşısını almaq üçün post-patrul bölməsinə tərəf yürüş etməyə çalışıb.
Hazırda hər kəs qan tökülmədən qarşıdurmanın qarşısını almaq üçün variantlar üzərində çalışır.
Bundan əlavə, terrorist kimi təqdim edilən qrupa qarşı hücum ölkədə gözlənilməz nəticələrə səbəb ola bilər. Vəziyyət artıq dalana dirənib. Post -patrul alayının ələ keçirilməsi zamanı qətlə yetirilən polkovnikin ölümü vəziyyətlə bağlı xüsusi işarə yeri qoyur.
Hələ ki, yerli polis və Milli Təhlükəsizlik Xidməti təmkin nümayiş etdirməkdədir. Doğrudur, bir müddət əvvəl polisin "antiterror əməliyyatı" keçirdiyi barədə məlumat yayılsa da, sonra bunun həqiqətə uyğun olmadığı üzə çıxdı.
Qeyd edək ki, İrəvanda baş verənlər terror hadisəsi kimi qələmə verilsə də, ölkənin hüquq-mühafizə orqanları terroçulara hansı maddə ilə cinayət işi açacaqları barədə, hələ ki, heç bir məlumat verməyiblər.
Hələliksə, hüquq-mühafizə orqanları zorakı üsullardan çəkinməyə, baş verənləri danışıqlar yolu ilə həll etməyə çalışırlar. Lakin bununla belə, dövlət rəsmilərinin dünənki çağırışlarında artıq onların hövsələlərinin daralması meyilləri də müşahidə edilməkdədir.
Vəziyyətin nə ilə nəticələnəcəyi, dövlətin hansı qərarlar qəbul edəcəyi hələ də sual altındadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info