Bakı Nəqliyyat Agentliyi monitorinqlər aparır
Tarix: 20.07.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılmasını təmin etmək, qoyulan tələblərin icra vəziyyətini yerində öyrənmək və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması üçün agentlik tərəfindən daşıyıcı şirkətlərdə monitorinqlər aparılır.
BNA-nın mətbuat xidmətindən bildiriblər ki, növbəti belə monitorinq Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimlinin iştirakı ilə "Xaliq Faiqoğlu" MMC-də keçirilib. Monitorinq zamanı MMC-nin təmir mərkəzinə baxış olub. Əsas diqqət müasir diaqnostika cihazlarının olmasına, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə yönəldilib. Həmçinin mərkəzdə əməyin mühafizəsinin təşkili, avtobuslara gündəlik baxış və digər zəruri xidmətlərin göstərilməsi vəziyyəti yoxlanılıb. Təmir mərkəzində avtobusların daxili və xaricinin təmizlənməsi, sürücülərin xəttə çıxmamışdan əvvəl həkim müayinəsindən keçməsi üçün tibb məntəqəsinin, dispetçer, ehtiyat hissələri üçün anbar və ofis otaqlarının olması barədə məlumat verilib. Monitorinqdə Bakı Nəqliyyat Agentliyi nəzdində fəaliyyət göstərən nəqliyyat sisteminin təkminləşdirilməsi üzrə xarici ekspert qrupunun rəhbəri Panaqiotis Rotopsaltis və agentliyin müvafiq şöbələrinin məsul şəxsləri iştirak edib. Bakı Nəqliyyat Agentliyinin Baş direktoru V.Kərimli "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyinə sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, tapşırıq və tövsiyələrini verərək, yüksək xidmətin təkcə bir neçə marşrut xətti ilə məhdudlaşdırılmasının yolverilməz olduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info