TUMİB Ağcabədidə narkomaniya əleyhinə tədbir keçirib
Tarix: 20.07.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Ağcabədi şəhərində baş tutub. Ağcabədi şəhər şəhid Camal İbrahimov adına 8 saylı tam orta ümumtəhsil məktəbdə keçirilən tədbir “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişi ilə başlayıb.
Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev qonaqları salamladıqdan sonra bildirib ki, narkomaniyaya qarşı illərdi müxtəlif vasitə və metodlarla mübarizə aparılır. T.Hacıyev vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqdır. Ç.Bayramov deyib ki, aparılan tədqiqatlar analoji layihələrin effektlivliyinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.
Narkomaniyanı “əsrin bəlası” adlandıran TUMİB sədri yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən çəkinməyə çağırıb. Natiq qeyd edib ki, yeniyetmə və gənclərimizin zərli vərdişlərə aludəçiliyi ölkdəki sağlam mühiti zədələməklə yanaşı, həm də bir çox mənfi tendesyaların əsasını qoyur.
Daha sonra Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Qalib Yaqubov, TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə, Ağcabədi şəhər şəhid Camal İbrahimov adına 8 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Anar Qasımov, Türkiyədən gəlmiş professor Nevin Yörük, TUMİB Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, Ağcabədi rayon Yaşıllaşdırma İdarəsinin müdiri, TUMİB üzvü Asəf Quliyev və başqaları çıxış edərək, narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da aktiv iştirak etməli olduğunu deyiblər. Natiqlər qeyd ediblər ki, yeniyetmə və gənclərimizin pis vərdişlərin aludəçisinə çevrilməməsi üçün cəmiyyətin imkanlarını səfərbər etmək lazımdır.





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info