“Türkiyə-Azərbaycan-Gürcüstan üçlüyü regional sülhə töhfə verir“
Tarix: 20.07.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


“Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Azərbaycanda keçiriləcək ikinci toplantısını ən qısa zamanda gerçəkləşdirməyi arzu edirik”.
“Yeniakit.com.tr” saytının xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli mexanizmi regional sülh və əməkdaşlığa töhfə verir.
Baş nazir Dağlıq Qarabağ münaqişəsində 3 ay öncə baş verən təhlükəli gərginləşmə ilə bağlı narahatlıqlarını dilə gətirdiklərini diqqətə çatdırıb: “Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə önəm verdiyimizi ifadə etmişik”.
B. Yıldırım hərbi çevriliş cəhdindən sonra Türkiyənin digər ölkələrlə ikitərəfli əlaqələrində heç bir sarsıntı yaşanmadığını söyləyib. O, Abxaziya və Cənubi Osetiya problemlərinin sülh yolu ilə, Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həllini istədiklərini, Türkiyənin bu işə fəal dəstək verəcəyini  vurğulayıb. Baş nazir Gürcüstanın NATO-ya üzvlüyünü ilk mərhələdən bəri dəstəklədiklərini, sonuncu Varşava sammitində bu mövqelərini bir daha təsdiqlədiklərini də deyib.
Qeyd edək ki, Ankarada Türkiyə-Gürcüstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 1-ci toplantısı keçirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info