Çimərliklərdə antisanitariya şəraiti yoxlanılır
Tarix: 20.07.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi (DİN) obyektlərə aparılan yoxlamalarla bağlı açıqlama yayıb. DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir:
Xəzər dənizinin sahilboyu ərazilərindəki çimərliklərdə, əyləncə mərkəzlərində, digər kütləvi istirahət yerlərində əcnəbilərin və ölkə vətəndaşlarının təhlükəsizliklərini təmin etmək, sağlamlıqlarını qorumaq məqsədilə Bakı şəhər BPİ-nin müvafiq qurumlarının əməkdaşlarından ibarət qruplar təşkil olunub və paytaxtın ümumilikdə 6 rayonun inzibati ərazisindəki çimərliklərdə fəaliyyət göstərən 86 iaşə obyektində sanitariya-gigiyena və epidemiya qaydalarına, eyni zamanda, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinin vəziyyəti yoxlanılıb.
Yoxlamalarla Xəzər və Sabunçu rayonlarında fəaliyyət göstərən 16, Suraxanı rayonunda 4 iaşə obyektinin sahibinə İnzibati Xətalar Məcəlləsinin 211 (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), Binəqədi rayonunda fəaliyyət göstərən 3 obyektin sahibinə isə 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılması) maddələri ilə, ümumilikdə, 23 şəxsə inzibati xəta haqqında protokol tərtib edilib və onların məsuliyyətə cəlb olunmaları təmin olunub.
Vətəndaşların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması və çimərlik ərazilərində antisanitariya şəraitinin aradan qaldırılması istiqamətində tədbirlər çimərlik mövsümü başa çatanadək davam etdiriləcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info