Nəsimi məktəblilərinin “Sərhədçi” yay düşərgəsindəki istirahəti başa çatıb
Tarix: 20.07.2016 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Bizim gələcəyimiz olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda,  “Laza” sərhəd zastavasının bazasında məktəblilərin  “Sərhədçi” yay düşərgəsində təşkil olunmuş istirahəti başa çatıb. Nəsimi rayonunun Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı və imkansız ailələrin uşaqları, əlillərin övladları, təhsildə və idmanda fərqlənən şagirdlər, ümumilikdə 100 nəfərdən çox yeniyetmə üçün Qəbələ rayonunun mənzərəli və şəfalı guşəsində yerləşən “Laza” sərhəd zastavasının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü, ödənişsiz «Sərhədçi» yay istirahət düşərgəsində 10 gün ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar düşərgədə təntənəli bağlanış mərasimi keçirilib. İyul ayının 13-də məktəblilər ümummilli lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun şəfalı guşəsi - “Laza” sərhəd zastavasında yaradılmış yay düşərgəsinə yola düşüblər. Sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət  şəraiti, silah və texnika ilə yaxından tanış olması, onlarda  sərhədçi peşəsinə marağın daha da artırılması olub.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilib və həmçinin müxtəlif filmlər nümayiş etdirilib. Qəbələ rayonunun gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunub. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitələrin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və ələlxüsus düşərgədəki məşğələlərin Dövlət Sərhəd Xidmətinin nizamnaməsinə uyğun tərzdə keçirilməsi  uşaqların istirahətini daha  da maraqlı, səmərəli və yaddaqalan edib.
İstirahətin sonuncu günündə düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə “Sərhədçi” vokal-instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin düşərgədə istirahət edən uşaqların, müəllimlərin, Dövlət Sərhəd Xidmətçilərin və Bakıdan gəlmiş qonaqların birgə ifası ilə bağlanıb. Bağlanış mərasimində yeniyetmələr öz məharətlərini ifa etdikləri mahnılar və rəqslərlə nümayiş etdirib, “Sərhədçi” vokal-instrumental ansamblı solistlərinin  iştirakı ilə konsert proqramı təşkil olunub.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov qonaqlar, yeniyetmələr və sərhəd xidmətçiləri qarşısında çıxış edərək keçirilən layihənin əhəmiyyətini vurğulayıb, ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın  uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıb, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Azad Ələkbərov düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışıb, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunun çox yüksək olduğunu bildirib.Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və  istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə hədiyyələri və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilib, konsert proqramı təşkil olunub. «Sərhədçi» yay istirahət düşərgəsində 10 gün ərzində keçən mənalı və yaddaqalan istirahət  uşaqların xatirəsində silinməz izlər buraxıb. Onlar burada yeni-yeni dostlar qazanıb, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olublar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Nigar





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info