Naxçıvanda 6 ayda 75 min sərnişin dəmir yolu nəqliyyatından istifadə edib
Tarix: 20.07.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Muxtar respublikada dəmir yolunda daşımaların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır, qatarların fasiləsiz hərəkəti təmin olunur. Bu ilin altı ayında Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük və sərnişin qatarlarının fasiləsiz işi təmin olunub, dəmir yolu vasitəsilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 30 min tona yaxın yük daşınıb, 75 min 419 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, cəmiyyətin əməkdaşları dəmir yollarının istismar vəziyyətini mütəmadi yoxlayıb, baş və stansiya yollarında lazımi təmir işləri görüb. Xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlər də gücləndirilib, Culfa Lokomotiv Deposunda lokomotivlər 29 dəfə texniki baxışdan keçirilib, 9 lokomotiv cari təmir edilib. Culfa İstismar Vaqon Deposunda isə 6 ay ərzində 77 vaqon depo təmir edilib, xidməti ərazidə 2 min 831 ədəd yararsız şpal dəyişdirilib.
Dəmir yolu işçilərinin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılıb, 24 dəmiryolçu Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan kursu bitirib. Həmçinin dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə Naxçıvan Dövlət Universitetinin 8, Naxçıvan Dövlət Texniki Kollecinin isə 13 tələbəsi işə qəbul olunub.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən iyun ayında Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər
22.02.2019
Xızıda yol tikintisinə 850 min manat ayrılıb
22.02.2019
“Binə”dən oğurluq edən şəxs saxlanılıb
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info