Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
Tarix: 20.07.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


yulun 20-də Türkiyədə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başlayıb.
Iclasda iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət müzakirə edilir və bu istiqamətdə mühüm qərarlar qəbul olunacaq.
İclasda MGK-nın üzvləri – Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akar, Baş nazirin müavinləri, ədliyyə, milli müdafiə, daxili işlər, xarici işlər nazirləri, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava və Jandarma Qüvvələrinin komandirləri iştirak edirlər.
MGK-nın iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumət üzvlərinin toplantısı da keçiriləcək.
Qeyd edək ki, qiyamla əlaqədar Türkiyə Böyük Millət Məclisi baş katibinin müavinləri – Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci vəzifələrindən uzaqlaşdırılıb. Ümumilikdə 118 general və admiral saxlanılıb, 31 hakim və prokuror barədə məhkəmə nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul olunub. Həmçinin 86 hakim və prokurorun işi üzrə aparılan təhqiqatla əlaqədar daha 39 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciət edilib.
Dövlət çevrilişinə cəhdlə əlaqədar aparılan istintaq çərçivəsində əlavə 788 şübhəli barədə həbs qərarı verilib. Qiyamdan sonra müxtəlif nazirliklər, dövlət və özəl qurumlarda vəzifəsindən və işindən kənarlaşdırılan şəxslərin sayı 50 minə çatıb.
Polisin Türkiyə Nazirlər Kabinetinin binasında həyata keçirdiyi əməliyyat nəticəsində son vaxtlar “Twitter”də bir sıra məxfi məlumatların açıqlandığı “Fuat Avni” adlı hesabın işlədilməsində ittiham edilən 10 nəfər saxlanılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info