Azərbaycanın köməyi Gürcüstan mediasında işıqlandırılıb
Tarix: 20.07.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, bu günlərdə Gürcüstan hökuməti ölkədə taxıl yığımında yaranmış problemin həlli ilə əlaqədar Azərbaycan hökumətinə müraciət edib. Azərbaycan tərəfi bu müraciəti cavabsız qoymayıb, dərhal Gürcüstana 30-dan çox “Class” və “Holland” tipli kombaynlar göndərib. Gürcüstan mətbuatı bu qardaş köməyini yüksək qiymətləndirib və geniş işıqlandırıb.
AZƏRTAC həmin xəbərlərin bəzi hissələrini oxuculara təqdim edir.
“Palitra News”: “Gürcüstan və Azərbaycanın kənd təsərrüfatı nazirlərinin razılığı əsasında Azərbaycandan göndərilən kombaynlar ölkəmizdə taxıl biçininə cəlb olunub. Bu kombaynlar nazirliklər arasında imzalanmış müqaviləyə görə, 1 ay müddətində Gürcüstanda taxıl biçininə cəlb olunacaq”.
Gürcüstanın İctimai Televiziyası bu ölkənin kənd təsərrüfatı nazirinin müavini Levan Davitaşvilinin fikirlərinə yer verib: “Builki məhsulun yığımı üçün kəndlilərimizə əlavə texnika lazım oldu. Buna görə də Azərbaycan hökumətinə müraciət etdik. Müraciətimizə çox operativ reaksiya verdilər və bunun üçün fermerlərimiz adından Azərbaycan hökumətinə, o cümlədən qardaş ölkənin Kənd Təsərrüfatı Nazirliyinə öz təşəkkürümüzü bildiririk”.
knews.ge: “Kaxetiyanın Detoplitsxaro bələdiyyəsinin məlumatına görə, taxılın vaxtında yığılmasında problem yarandığı üçün Azərbaycandan Gürcüstana 30 kombayn gətirilib və bələdiyyəyə təhvil verilib. Detoplitsxaro bələdiyyəsinin sədri Nikolos Caniaşvili: “Azərbaycan kombaynları cari ilin məhsulunun vaxtında, itkisiz və keyfiyyətlə yığılmasında böyük rol oynayacaq. Artıq Azərbaycan texnikası taxıl biçininə fəal cəlb olunub və bu texnikalar bələdiyyənin bütün kəndləri üzrə paylanıb. İnanıram ki, fermerlərimiz Azərbaycan texnikasının köməyi ilə öz məhsulunu itki olmadan yığa biləcək”.
Prof-news.com: “Kaxetiyanın Detoplitsxaro sakini Givi Aluğişvili bildirib: “Rayon sakinləri çox sevinirlər ki, məhsulun vaxtında yığılması üçün bu qədər texnika cəlb olunub və kombaynlar da vaxtında kəndlərə göndərilib. Əgər biz məhsulu vaxtında yığmasaydıq, itkiyə yol verərdik. Çox məmnunuq ki, Azərbaycan bizə kömək əlini uzatdı. Buna görə yerli sakinlər adından Azərbaycana təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Azərbaycanın Gürcüstan kəndlilərinin köməyinə çatması bu ölkənin digər media orqanlarında da geniş işıqlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info