Bütün ölkələrin gimnastikanı Azərbaycan kimi inkişaf etdirməsini istərdim
Tarix: 20.07.2016 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Azərbaycanda gimnastika çox gözəl inkişaf edir. İstərdim ki, bütün ölkələrdə belə olsun.
Bunu bədii gimnastika üzrə finlandiyalı məşqçi Larisa Qryadunova deyib.
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku finalından danışan L.Qryadunova bildirib ki, Finlandiyanı ölkə çempionu Yekaterina Volkova təmsil edəcək: "Volkova Olimpiya oyunlarına lisenziya alıb, ona görə də Olimpiada öncəsi son start çox vacibdir. Biz proqramımızı yenidən yoxlamaq və bu yarışlarda olacaq səhvlərə diqqət ayırmaq istəyirik. Yəni Bakı tamaşaçıları Volkovanın Olimpiadada olacaq həmin proqramını əyani görə biləcəklər".

Onun sözlərinə görə, Bakıda yarışlar üçün çox yaxşı şərait var: "Biz Bakıya ilk dəfə gəlmirik, burada gözəl salon, gözəl insanlar var. İnsanlar gimnastikanı sevirlər, burada gimnastika üçün çox şey edirlər. Ölkə bu idman növünü çox gözəl inkişaf etdirir. Çox istərdim ki, bütün ölkələrdə belə olsun”.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.
Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.
Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir. Trend.az

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info