Mətbuat Şurası “Zaman Azərbaycan“ qəzetinə xəbərdarlıq edib
Tarix: 20.07.2016 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Bu gün Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib. MŞ-dan APA-ya verilən məlumata görə, iclasda Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Azərbaycan mediasının fəaliyyət dəst-xəttindən məmnunluq ifadə olunub.
İclasda bildirilib ki, Türkiyədə baş verən prosesləri işıqlandırmaq, Azərbaycan auditoriyasına çatdırmaq, müxtəlif hadisələrə dair rəy və şərhlər hazırlamaq ölkə mediasının başlıca fəaliyyət istiqamətlərindəndir. Qeyd olunub ki, belə dəst-xətt Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərindən qaynaqlanmaqla mənəvi məsuliyyət yükü yaratdığı kimi, iki ölkənin strateji əməkdaşlıq xəttinə söykənərək mühüm siyasi və iqtisadi əhəmiyyət də daşımaqdadır: “Azərbaycan mediası 15-16 iyul tarixlərində Türkiyədə həyata keçirilməsinə cəhd edilən hərbi çevriliş aktına da bu baxımdan yanaşdı, qardaş ölkə xalqının mövqeyini dəstəkləyərək demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, hakimiyyətə qarşı terroru qəti şəkildə pislədi”.

İclasda medianın Türkiyə ictimaiyyəti ilə həmrəyliyi fonunda Azərbaycanda nəşr olunan «Zaman Azərbaycan» qəzetinin fərqli mövqe tutmasından, Türkiyədə dövlət çevrilişinin hazırlanmasında adı hallanan Fətullah Güləni təbliğ etməsindən, bu xüsusda onun Türkiyə iqtidarına qarşı fikirlərini tirajlamasından narahatlıq bildirilib. Qeyd olunub ki, təsisçilər Anar Qaraxançallının, Ürfan Məmmədlinin, Pənah Abdurahmanlının «Zaman Azərbaycan»ın və onun elektron versiyası olan «zaman.az» saytının fəaliyyətinin dayandırıldığına dair müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılmış birgə bəyanatı da məsələyə reaksiya verilmədən keçilməsi üçün əsas yaratmır. Çünki qəzetdə və «zaman.az» saytında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra yayımlanmış materiallar Azərbaycan ictimai rəyini yanlış məlumatlandırmağa xidmət edib. Buna görə də Mətbuat Şurası «Zaman Azərbaycan» qəzetinə xəbərdarlıq edib. Qurum nəşrin təsisçilərinin diqqətinə çatdırıb ki, gələcəkdə media fəaliyyəti ilə məşğul olarkən mütləq qaydada Şuranın xəbərdarlığından nəticə çıxarsınlar, yol verdikləri nöqsanları bir daha təkrarlamasınlar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info