“Sunshinetour.me” Çinə əlverişli adi və biznes turlar təşkil edir”
Tarix: 20.07.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Anna Vey:“İş adamlarının Çinə ayaq basmasından, ölkəni tərk etməsinə qədər hər işdə yardımçı olmağa və lazımi malları, firmanı, zavodu və ya fabriki tapmağa yardım etmək gücündəyik”
Müsahibimiz Çində yaşayan soydaşımız, “Sunshine Tour” turizm şirkətinin rəhbəri Anna Veydir.


- Öncə turizmlə bağlı yaratdığınız şirkətə aid ətraflı məlumat verərdiniz.
- “Sunshine Tour” həm şirkətin, həm də saytının adıdır. Sayt çox asan istifadə oluna bilir və saytımız, eləcə də şirkətimiz vasitəsilə Çinə adi və biznes turlar əldə etmək çox əlverişlidir. Biz bu sahədə öncə məhz biznes-turlardan başladıq, çünki Azərbaycanda Çinə, əsasən, biznes-turlara tələbat çox böyükdür. Çin - çox böyük bazardır və burada hər şey tapmaq mümkündür - ən ucuz və ən keyfiyyətsiz mallardan tutmuş, bahalı və keyfiyyətinə görə Avropa mallarından heç də geri qalmayan məhsullara qədər hər şeyi burada əlverişli şərtlərlə əldə etmək olar. Buna görə də Çinə biznes-turlarla bağlı tələbat ildən-ilə daha da artır. Bunun üçün sahibkarlara yaxşı bələdçi və tərcüməçi tapmaq olduqca vacibdir. Belə ki, sahibkarın Çinlə daha sonra işləyib-işləməməsi məhz həmin bələdçi və tərcüməçinin bacarıqlarından çox asılıdır. Bizdə çoxlu müştərilər şikayət edirlər ki, tərcümə düzgün edilməyib və buna görə də onlar bu və ya digər fabrik və zavodla anlaşa bilməyiblər. Bizim məqsədimiz bu cür müştərilərin Çində fəaliyyətini və işlərini asanlaşdırmaqdır. Onların Çinə ayaq basmasından ölkəni tərk etməsinə qədər hər işdə yardımçı olmağa və lazımi malları, firmanı, zavodu və ya fabriki tapmağa yardım etmək gücündəyik və bu barədə yüksək səviyyəli xidmətlərimizi təklif edirik. Eləcə də onların müvafiq yerlər və şirkətlərlə görüşlərini təşkil etmək, gediş biletlərini bron etmək kimi məsələlərin ən tez və yüksək səviyyədə reallaşdırmasını təmin edirik. Çində elə yerlər var ki, oraya sürət qatarı ilə getmək lazımdır və belə hallarda, təyyarə və maşına çoxlu pul ödəmək məsləhət deyil. Belə hallarda biz əlavə xərclərdən xilas olmağa yardımçı ola bilərik.
- Bu barədə saytınızda hansısa ətraflı informasiyalar varmı? Ümumiyyətlə, saytınızın bu yöndə ətraflı fəaliyyəti barəsində məlumat verərdiniz.
- Saytımız - “sunshinetour.me”, “Sunshine Wedding”lə birgə yaradılıb və Çinə turlardan əlavə, Baliyə toy turları da təşkil edirik. Bu, hələ ki başlanğıcdır və gələcəkdə fəaliyyətimizin yeni istiqamətlərini təşkil etməyi planlaşdırırıq. Hesab edirəm ki, digər xidmətlərimizi yüksək səviyyədə tanıdandan sonra, fəaliyyətimizi daha da genişləndirmək məqsədəuyğun olardı.
- Bu şirkəti yaratmaqda əsas məqsəd nədir və bununla bağlı hansı yeniliklər etməyi düşünürsünüz?
- Şirkətimizi yaratmaqda məqsəd Çinlə işləyən sahibkarlara, iş adamlarına yardım etmək, onların daha keyfiyyətli və qazanclı iş görmələrini asanlaşdırmaqdır. Çin olduqca böyük və rəngarəng ölkədir. Buraya gəlməklə və təkcə hansısa şəhəri gəzməklə, siz, çətin ki, evinizə məmnun halda dönərsiniz. Burada əhalinin 70 faizi ingiliscə bilmir, burada xəritələr və yol-soraq kitabçaları çox vaxt işləmir. Hətta 5 ulduzlu hoteldə yerləşdiyiniz halda belə, hansısa anlaşılmazlıqlarla qarşılaşa bilərsiniz. Biz isə bütün bunlardan və digər xoşagəlməz sürprizlərdən yaxa qurtarmaq üçün yüksək hazırlıqlı tərcüməçi, bələdçi təklif və hotellər bron edirik, bundan başqa nəqliyyat və digər məsələlərin həllini tapmasını asanlaşdırırıq.
- Bəs Çindən Azərbaycana turist cəlb etmək üçün nə kimi metodları və stimulları tətbiq etmək olar?
- Artıq son beş ildə çinlilər daha da varlanlıblar və onlar dünyanı gəzməyi sevirlər. Çinlilər ovu, balıq ovunu, sağlamlıqla bağlı turizmi və müalicəvi suları da çox sevirlər. Bizim Azərbaycanda isə onların sevdiklərinin hamısı var, sadəcə, çinli turistləri ölkəmizə cəlb etmək üçün yaxşı təşkilatçılıq və reklam lazımdır. Bu barədə bir daha təkrar edirəm ki, ilk növbədə, aviabiletlərin qiymətlərini aşağı salmaq olduqca vacibdir. Biz ölkəmizin turizm imkanlarını təqdim edəndə və tərifləyəndə, yalnız aviabilet və hotel qiymətlərində ilişib qalırıq.
Rayonlardakı bir çox 3 ulduzlu hotellərdəki qiymətlər isə reallıqda yaxşı 5 ulduzlu hotellərin qiymətlərinə bərabərdir. 100 dollardan 5 müştəri cəlb etməkdənsə, 30 dollardan 50 müştəri cəlb etmək daha sərfəli və gəlirlidir. Çünki bu 30 dollarlıq 50 müştəri təkcə hotelə daha çox pul qazandırmır, həm də daha çox iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin artırılmasına, turistik məhsulların alınmasına şərait yaradır. Bir sözlə, nə qədər çox müştəri olsa, bir o qədər də çox gəlir olar, həm də daha ucuz qiymətə istirahət etmiş turistin ölkəmizə təkrar dönüşü daha ağlabatandır. Bu isə turizmin daha çox rentabelli olmasını şərtləndirən əsas göstəricilərdəndir. Bir sözlə, daha yaxşı və həmişə qazanmaq üçün şərtləri və şəraiti reallığa uyğun yeniləməlisən.
-Bu sahədə olan boşluqları aradan qaldırmaq üçün nələr lazımdır?
- Əgər biz Azərbaycana daha çox turist cəlb etmək istəyiriksə, bunun üçün daha yaxşı şərait yaratmaq lazımdır. Turistlər ən çox nə sevirlər? Yeni bir şey? Bəli. Amma onlar hər şeydən çox tarix,arxitektura binaları, qədimi tikililəri sevirlər. Əlbəttə, bu, turistlərin səviyyəsindən də asılıdır. Turistlər mədəniyyət və ənənələrlə maraqlanırlar, tanış olmağa can atırlar. Bunun üçün tariximizi yaxşı bilən yüksək hazırlıqlı bələdçilərin sayı artırılmalıdır. Tərcüməçilər bu sahədə yetişdirilməlidir. Bundan başqa, əyalətlərə, rayonlara məhz xaricilər üçün müxtəlif rəöngarəng turların təşkilini reallaşdırmaq lazımdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info