Mehmanxanada çalışanlar üçün təlim-tədris kursları təşkil olunur
Tarix: 21.07.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Son dövrlər respublikamızın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına əlverişli şərait yaradılmış və turizm iqtisadiyyatımızın prioritet sahələrindən birinə çevrilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm siyasətinin əsas istiqamətlərdən biri də xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində peşə hazırlığının artırılması məqsədilə turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində 2004-cü ildən başlayaraq respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün təlim-tədris kursları təşkil olunur. Nazirlikdən bildirilib ki, təlim kursları əsasən 4 istiqamət üzrə “Mehmanxana idarəçiliyi”, “Qeyd-qəbul”, “Xadiməçilik” və “Masa xidməti” sahələrini əhatə edir. Bu kursları müvəffəqiyyətlə bitirmiş mehmanxana sənayesi nümayəndələrinə sonda müvafiq sertifikatlar təqdim edilir. Bu günə kimi 2067 nəfər bu sertifikatlara layiq görülüb. Təlim kurslarının turizm sahəsində xidmət səviyyəsinin inkişafına göstərdiyi müsbət təsirini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələcəkdə bu işlərin davam etdirilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info