Qida sektorunda idxal yerli məhsullarla əvəzlənəcək
Tarix: 21.07.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Dəyər zəncirlərinin yaradılması kənd yerlərində gəlirlərin artmasına səbəb olacaq

Donor təşkilatların nümayəndələri Azərbaycanda dəyər zəncirlərinin yaradılmasını kənd yerlərində gəlirlərin artması və inkişafın sürətlənməsi üçün vacib addım hesab edirlər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu fikir Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi, Alman Texniki Əməkdaşlıq Təşkilatı (GİZ), ABŞ Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (USAID), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kimi beynəlxalq təşkilat və birlik təmsilçilərinin nümayəndələrinin iştirakı ilə nazirlikdə keçirilən görüşdə səsləndirilib.
Görüş Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə təşkil olunub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri Olaf Haydelbax bildirib ki, 2014-cü ildə Azərbaycanın 4 strateji məhsulunun dəyər zənciri təhlil edilib. Təhlil nəticəsində çay, giləmeyvə, ipək və çaxır kimi strateji məhsulların dəyər zənciri çərçivəsində təhsil, tədqiqat, məsləhət, subsidiyalar və vergi sisteminin qarşılıqlı şəkildə inkişafı üçün dövlət tərəfindən hüquqi baxımdan önəmli addımların atılmasına ehtiyac duyulduğu müəyyən edilib. Beynəlxalq ekspert Martin Mautner Markhof isə bazara məhsul çıxarmaq üçün satış kanallarını tapmaqda çətinlik çəkən fermer ilə xammal tapmaqda problemlərlə üzləşən emaledicini birləşdirməyin vacibliyini vurğulayıb. Martin Mautner Markhof məsləhətçisi olduğu “Kənd Təsərrüfatının Rəqabətliyinin Gücləndirilməsi” layihəsinin məqsədinin də bundan ibarət olduğunu deyərək bildirib ki, layihə qarşısına qoyduğu məqsədə nail olsa, fermerlər ilə emaledicilər arasında məhsuldar əməkdaşlıq formalaşacaq. Bu da kənd yerlərində gəlirlərin əmələ gəlməsi və inkişafı prosesini sürətləndirəcək, qida sektorunda idxalın yerli məhsullarla əvəzlənməsinə səbəb olacaq, eləcə də müxtəlif dəyər zəncirlərinin inkişafı üçün yeni texnologiyaları tətbiq etməyə imkan yaradacaq. Donorların görüşündə diqqət çəkilən daha bir məsələ də “Kənd təsərrüfatı kreditləri və sığorta mexanizmləri” olub. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə xüsusi olaraq həm dəyər zəncirinin, həm də kredit mexanizmlərinin inkişafında beynəlxalq təcrübələrdən faydalanmaq üçün beynəlxalq təşkilatların dəstəyinə ehtiyac olduğunu söyləyib. “Frankfurt biznes və maliyyə məktəbi ilə qurulan əməkdaşlıq kənd təsərrüfatında kredit mexanizmlərinin inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan olacaq”, - deyə Rüfət Rüstəmzadə bildirib. Görüşdə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Alman Texniki Əməkdaşlıq Təşkilatının (GİZ) Cənubi Qafqaz regionunda özəl sektorun inkişafı üzrə proqram mütəxəssisi Gülnar Məmmədova və digər beynəlxalq təşkilatların nümayəndələri də dəyər zənciri, kənd təsərrüfatı kreditləri və sığorta mexanizmləri ilə bağlı olan təcrübələr, nailiyyətlər və gələcək planlar barədə fikirlərini bölüşüblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info