“Ermənilər ölkələrində müsbət dəyişikliklərin baş verə biləcəyinə artıq inamlarını itiriblər”
Tarix: 21.07.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Artıq dördüncü gündür ki, İrəvan püskürməyə hazırlaşan vulkanı xatırladır. Rejim Xeronasi küçəsini azad edib, «Parlament təsisçiləri» tərəfdarlarını dağıtmağa çalışır. Lakin vəziyyətin daha da kəskinləşərək nəzarətdən çıxmasından qorxur. «ArmenianReport» saytının məlumatına görə, post-patrul xidmətində polis əməkdaşlarının girov saxlanması və onların azadlığa buraxılması, terroristlərim isə dövlətə təslim olmaları barədə hüquq- mühafizə orqanlarının uğursuz təşəbbüsləri Ermənistan cəmiyyətində gərginliyin artmasına stimul verməkdədir:”Ölkədə baş verənlər bir daha dövlət rəhbərliyinin vəziyyətə nəzarət edə bilməməsinin və öz xalqı ilə dialoqa hazır olmamasının sübutudur.
Belə görünür ki, dövlət rəhbərliyindəki susqunluq yaranmış vəziyyətin ssenarisi ilə bağlı böyük qorxu və narahatlığın təzahürüdür. Lakin bütün bunlara rəğmən, Ermənistan cəmiyyətində ictimai etiraz daha geniş vüsət almağa başlayıb. Bu, daha çox ölkə paytaxtı İrəvanda müşahidə edilməkdədir. Qeyd edilməlidir ki, hələ ötən əsrin 80-ci illərindən bəri İrəvan küçələri ölkənin ictimai həyatında mühüm rol oynayıb. Bunu erməni siyasətçiləri də yaxşı başa düşürlər. Cari qarşıdurma da müxalifətyönlü «Parlament təsisçiləri» tərəfdarlarının, onlara dəstək verən insanların sayının artması ilə müşahidə edilməkdədir. Erməni cəmiyyətində insanlar «Parlament təsisçiləri» tərəfdarlarına başqa bir yol qoymadıqlarını anlamağa başlayıblar. Bununla yanaşı, onlar ölkədə hər hansı bir müsbət dəyişikliklərin baş verə biləcəyinə də artıq inamlarını itiriblər. Ona görə də onlar İrəvan küçələrinə çıxmağa məcbur və məhkumdurlar.
Əslində, ölkə sakinlərinin mahiyyətcə terrorçu kimi təqdim edilən silahlı dəstəyə dəstək verərək, Sarkisyan rejiminə etiraz etməsi inanılmaz görünə bilərdi. Lakin post-patrul xidmətinin əməkdaşlarını girovluqda saxlayanların bu addımını, onların çıxılmaz aktını minlərlə erməni əhalisi şüurunda, lap elə qəlbinin dərinliyində dəstəkləməyə başladılar.
Hazırda erməni cəmiyyətində vəziyyət çox gərgindir. Sadə insanlarsa nəfəslərini içlərinə çəkərək baş verənlərin yekununu gözləyirlər.
Ölkədə yayılan şayiələrə görə, qorxunun iflic etdiyi dövlət rəhbərliyi Moskvaya müraciət etmək məcburiyyətində qalıb. Girovları azad etmək üçün Rusiyanın xüsusi əməliyyat qrupu olan «Alfa»nın xidmətindən yararlanmağa çalışır. Əgər deyilənlər həqiqətdirsə, bu, erməni rəhbərinin öz kəşfiyyat agentliklərinə bir daha inamsız olduğunu göstərir. Bununla yanaşı, bu, bir daha, Ermənistan rejiminin Rusiya süngüsü tərəfindən qorunduğunun bariz nümunəsidir.
Hazırda Ermənistanda yaşananlar erməni rəhbərinin bu vaxta qədər heç vaxt belə bir çətin vəziyyətlə üzləşmədiyini deməyə əsas verir. O sadəcə olaraq, İrəvanın Xorenasi küçəsindəki binanı və binada girov saxlanılan polis əməkdaşlarını azad etməyə çalışır. Lakin atacağı hər hansı bir addım nəticəsində ölkədəki vəziyyətin kəskinləşməsindən bərk qorxur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info