Lahıcda ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” açılıb
Tarix: 21.07.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi münasibətilə keçirilən silsilə tədbirlərə töhfə vermək məqsədilə ASAN Könüllüləri Təşkilatı tərəfindən dünən Lahıcda “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Layihə ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, “Həmrəylik düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış ediblər. Mirdamət Sadıqov bu layihənin həyata keçirilməsi üçün ismayıllılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Həmrəylik düşərgəsi”nin ASAN Könüllülərinin növbəti yay məktəbi olduğunu qeyd edib. O bildirib ki, digər yay məktəblərindən fərqli olaraq budəfəki düşərgə daha çox hərbi formatda təşkil olunub. Sədr düşərgədə yaradılan infrastrukturun Dövlət Sərhəd Xidməti tərəfindən yaradıldığını deyib. Diqqətə çatdırıb ki, beş gün ərzində ASAN Könüllüləri Lahıcın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olacaqlar. Layihə Azərbaycanın digər kənd və qəsəbələrinə davam etdiriləcək. Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev hərbiləşdirilmiş qaydada keçirilən layihənin gənclərin hərb sənətinə marağının artırılması və onların vətənpərvərlik ruhunda böyüməsinə şərait yaratdığını qeyd edib. Layihə çərçivəsində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq. Düşərgə zamanı, həmçinin dövlət rəsmiləri və Milli Məclisin deputatları ilə görüşlər nəzərdə tutulub. “Həmrəylik düşərgəsi”nin keçirildiyi ərazidə Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info