“Terrorizmə qarşı mübarizədə intensiv informasiya mübadiləsi vacibdir”
Tarix: 21.07.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer Vürtsburq şəhərində qatarda 17 yaşlı əfqan qaçqının sərnişinlərə etdiyi hücumdan sonra Avropa ölkələrinin dövlət təhlükəsizlik orqanlarını əməkdaşlığı möhkəmləndirməyə çağırıb. Almaniyanın xarici siyasət idarəsinin başçısı dünən “Reuters” agentliyinə müsahibəsində deyib:
“Terror kimə zərbə vurmağı seçmir və hər birimiz onun qurbanı ola bilərik”. Nazirin sözlərinə görə, Avropada polisin və təhlükəsizlik xidmətlərinin daha sıx əməkdaşlığı və daha intensiv informasiya mübadiləsi vacibdir. Frank-Valter Ştaynmayer, həmçinin beynəlxalq koalisiyadan İraqda və Suriyada terrorçu qruplara qarşı mübarizədə qəti fəaliyyət göstərməyi tələb edib. Onun sözlərinə görə, Almaniya Suriya və İraq sakinlərinə humanitar yardım göstərmək üçün 10 milyon avro ayıracaq. Ştaynmayerin bəyanatı 17 yaşlı əfqan qaçqının Vürtsburqda sərnişin qatarına hücum etməsindən bir sutka sonra yayılıb. Hücum nəticəsində dörd nəfər yaralanıb. Cinayətkar hücum vaxtı balta və bıçaqdan istifadə edib. O, qaçmağa cəhd edərkən polis tərəfindən güllələnib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info