Azərbaycan, Rusiya və Türkiyə QHT-lərinin forumu keçirildi
Tarix: 12.03.2013 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvətilə Azərbaycana gəlmiş Rusiya Federasiyası İctimai Palatasının nümayəndə heyəti və Türkiyə Sivil Toplum Quruluşları təmsilçilərinin səfər proqramı çərçivəsində Azərbaycan-Rusiya-Türkiyə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı üzrə üçtərəfli formatda müzakirələr keçirildi. Ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın təşkili ilə bağlı müddəa bu gün Şura və İctimai Palata arasında imzalanmış Memorandumda öz əksini tapıb. Tərəflər Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov və Türkiyə millət vəkili, Eko-Avrasiya Sivil Toplum Quruluşunun sədri İsmayıl Safinin başçılıq etdiyi nümayəndə heyətlərilə təmsil olundular. Üç ölkə QHT-lərinin regional və beynəlxalq əməkdaşlığının təşkil edilməsi istiqamətində keçən səmərəli danışıqlar nəticəsində münasibətlərin qarşılıqlı ictimai fayda və milli maraqların müdafiəsi üzərində qurulmasının vacibliyi vurğulandı. Əməkdaşlığın reallaşdırılması və təşkilati-texniki təminatı üçün konkret təkliflər paketinin işlənib hazırlanması barədə razılıq əldə olundu. Gələcək fəaliyyətin istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də təşkilati məsələlərin həll edilməsi üçün işçi qrup yaradıldı. Növbəti üçtərəfli görüşün Moskvada keçirilməsi təklif edildi.
QORQUD




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info