Fransa öz xüsusi təyinatlı birləşməsinin Liviyada olmasını təsdiqləyib
Tarix: 21.07.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fol ölkəsinin xüsusi təyinatlı birləşməsinin Liviyada olması faktını təsdiqləyib. “RİA Novosti” agentliyi xəbər verir ki, Benqazi şəhərində yaraqlıların hərbi helikopteri vurması nəticəsində Fransanın xüsusi təyinatlı birləşmənin 2 əməkdaşı həlak olub.
Xatırladaq ki, 2011-ci ilin fevral ayında Liviyada 40 ildən artıq müddətdə ölkəni idarə edən Müəmmar Qəddafinin vəzifəsini tərk etməsi tələbi ilə kütləvi ixtisaslar baş verib. Bu iğtişaşlar sonradan hökumət qüvvələri ilə qiyamçılar arasında hərbi toqquşmalara çevrilib. Elə həmin il NATO hökumət qüvvələrinə qarşı hava zərbələrinə başlayıb. Nəticədə Müəmmar Qəddafi qiyamçılar tərəfindən ələ keçirilərək öldürülsə də, indiyə qədər ölkədə sabitlik yaratmaq mümkün olmayıb. Yeri gəlmişkən qeyd edək ki, Fransa parlamentinin aşağı palatası ölkə ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasını dəstəkləyib. Manuel Vals hökumətinin təklif etdiyi mətn fövqəladə vəziyyət rejiminin üç ay müddətinə uzadılmasını nəzərdə tutsa da, deputatlar müddətin altı aya uzadılmasını təklif ediblər. Qeyd edək ki, Parisdə noyabrın 13-də törədilən terror aktına görə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti iyulun 26-da bitir.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər
24.04.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb
24.04.2019
YAP-ın qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır
23.04.2019
Müxalifət ölkəmizdə keçirilən beynəlxalq yarışlara niyə qərəzli yanaşır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info