Trampın ABŞ prezidentliyinə namizədliyi təsdiq edilib
Tarix: 21.07.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Respublikaçılar Partiyasından milyarder Donald Trampın ABŞ prezidentliyinə namizədliyi rəsmən təsdiqlənib. Klivlenddə (Ohayo ştatı) keçirilən partiya qurultayının nümayəndələri belə qərar qəbul ediblər. TASS agentliyi xəbər verir ki, qurultayda səsvermə nümayəndələrin namizədliyi üzrə əlifba sırası ilə keçirilib.
Qaydalara görə, partiyanın prezident postuna irəli sürülməsi üçün iş adamından sadə səs çoxluğu tələb olunurdu. O, səsvermə başlayandan az sonra lazım olan səsləri toplayıb. Noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq. Respublikaçılar Partiyasının qurultayında İndiana ştatının qubernatoru Maykl Pensin ABŞ-ın vitse-prezidenti postuna namizədliyi təsdiqlənib. Pensin namizədliyi ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp tərəfindən irəli sürülüb. 57 yaşlı Maykl Pens 2013-cü ildən İndiana ştatının qubernatoru vəzifəsində çalışıb, ondan əvvəl uzun müddət İndiana ştatının Nümayəndələr Palatasının üzvü olub.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info