Qusarın daha 2 kəndinə təbii qaz verilib
Tarix: 21.07.2016 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Qusar rayonunun daha 2 kəndinə təbii qaz verilib. Bu barədə SOCAR-ın saytında məlumat verilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, iyulun 20-də Qusar rayonun Yuxarı Qələnxur və Zuxul kəndlərinə ilk dəfə təbii qaz verilib. Rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə bildirili ki, Yuxarı Qələnxur kəndinin 134 abonenti var. Abonentlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2618 metrlik polietilen və 7269 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 134 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 117 abonenti olan Zuxul kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 8883 metrlik polietilen və metal borularla qaz xətləri çəkilmiş, hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təchiz edilib. Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info