İndoneziyalı gənc: “Nicdəki alban kilsəsinin təmiri təqdirəlayiqdir”
Tarix: 21.07.2016 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“Mən Qəbələyə İndoneziyadan gəlmişəm. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Mən sizin ölkəyə gəlməzdən əvvəl internet vasitəsilə bəzi məlumatları oxudum. Orada Azərbaycanın odlar ölkəsi kimi təqdim edilməsi diqqətimi çəkdi. Azərbaycan barədə təəssüratlarım çox müsbətdir. Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti, müasir istirahət mərkəzləri məni heyran edib”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə keçirilən “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransda və “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak edən indoneziyalı gənc İmas Choirun Nisa Fujiati deyib. Yay məktəbində iştirakına görə özünü xoşbəxt sandığını, proqramın çox maraqlı olduğunu bildirən indoneziyalı gənc hər gün multikulturalizmlə bağlı tədbirlərdə bu sahədə daha da maarifləndiyini və tarixi abidələrə ekskursiya etdiklərini, turizm məkanlarında dincəldiklərini deyib.
“Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması çox sevindiricidir. İndoneziyada da multikultural dəyərlər mövcuddur. Hər iki ölkənin bu sahədə oxşar cəhətləri çoxdur. Dünən biz Qəbələnin Nic qəsəbəsində qədim xalqlardan olan udilərlə tanış olduq. Orada müsəlmanlarla xristianların tolerantlıq şəraitində yaşadığını öyrəndik. Onların bir kənddə əsrlərdir ki, mehriban şəraitdə birgə yaşaması dünyaya nümunədir. Qəsəbədəki alban kilsəsinin dövlət tərəfindən təmiri və mühafizəsi təqdirəlayiqdir. Eyni zamanda, biz Nic qəsəbəsində udilərin toy mərasimində də iştirak etdik, yerli adət-ənənə ilə tanış olduq. Bu da mənim üçün çox maraqlı idi”, - deyə İmas Choirun Nisa Fujiati bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”
18.07.2019
Vüsal Hüseynov: “Son 5 ildə 1211 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib“
18.07.2019
NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib
18.07.2019
Bolton: ABŞ Özbəkistandakı islahatları alqışlayır
18.07.2019
Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info