“Qarabağ”ın baş məşqçisi: “Nəticədən razıyam”
Tarix: 21.07.2016 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


“Birinci oyundakı 2:0 hesablı qələbə futbolçularımızı arxayınlaşdırmışdı. Buna baxmayaraq, nəticədən razıyam”. Bu sözləri UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “F91 Düdelanj” – “Qarabağ” matçından sonra AZƏRTAC-a müsahibəsində “atlılar”ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi bildirib ki, “F91 Düdelanj” kimi komandalarla oynamaq çətindir. “Sona qədər mübarizə apardıq. Oyunçuları nə qədər motivasiya etsəm də, birinci oyundakı 2:0 hesablı qələbə onları müəyyən qədər arxayınlaşdırmışdı”,-deyə o bildirib. Nəticədən məmnun olduğunu deyən Q.Qurbanov birinci qolu rəqib komandanın vurmasına baxmayaraq, 2-ci hissədə oyunçularından daha çox razı qaldığını vurğulayıb. Q.Qurbanov əlavə edib ki, hər şey yaxşıdır və artıq növbəti rəqib haqqında düşünmək olar.
“Qarabağ” klubunun qapıçısı İbrahim Sehiç əvvəldən axıra qədər oyuna nəzarət etdiklərini bildirib. Qapıçı bildirib ki, birinci qolun məhz Ağdam klubunun qapısından keçməsinə baxmayaq, bu, onları ruhdan salmayıb. “Biz öz oyunumuzu davam etdirdik və lazımı nəticəni qazandıq. Növbəti rəqibimiz çox çətin komandadır. Mən “Viktoriya”nı (Plzen, Çexiya) yaxşı tanıyıram. Amma biz yenə də mübarizəyə hazırıq”,-deyə İbrahim Sehiç əlavə edib.
Braziliyalı hücumçu Reynaldo növbəti mərhələyə keçdikləri üçün çox şad olduğunu deyib. Bildirib ki, növbəti oyuna daha ciddi hazırlaşmalıdırlar. O deyib : “Baş məşqçimiz oyunla bağlı qeydlərini bizə deyəcək. Biz də onun oyun planına görə hazırlaşacağıq. Ola bilsin ki, bu gün özümüzü bir qədər daha rahat hiss edirdik. Fasilədə məşqçimiz bizə öz göstərişlərini verdi. Buna görə də ikinci hissədə özümüzü toplayıb vəziyyəti xeyrimizə dəyişə bildik. Birinci qolun bizim qapıdan keçməsinə baxmayaraq, oyun nəzarətimizdə idi”.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info