Ailə qurmaq üçün təkcə sevgi kifayət deyil
Tarix: 21.07.2016 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Hazırda boşanma hallarına daha çox təsadüf olunur.
Azərbaycanda yayılan rəsmi statistikaya görə, qurulan hər yeddi ailədən biri dağılır.Əlbəttə,boşanma mürəkkəb hadisədir və cəmiyyət tərəfindən xoşagəlməz bir hal kimi qəbul olunur. Xatırladaq ki, ailə quranadək olan nişanlılıq dövrü mənəvi,evlilik isə iki şəxsin bir-birini praktik şəkildə tanıması dövrüdür. Ərlə-arvadın bir-birinə adaptasiya (uyğunlaşma) dövrü qısa müddətli deyil və ən azı 1-3 il arasında baş verir. Maraqlısıda budur ki,boşanma hallarına evliliyin məhz bu illəri arasında daha çox təsadüf olunur.Boşanma hallarının səbəblərini araşdırsaq görərik ki, boşanmalar zamanı ər-arvad əsasən,xarakter uyğunsuzluğu məsələsini başlıca səbəb kimi göstərirlər.Lakin fikrimizcə, ailələrin dağılmasının səbəbini "xarakterimiz tutmur", "xasiyyətimiz düz gəlmir" və sair bəhanələrlə izah etmək olmaz və bu, mümkün deyil. Mütəxəssislərin araşdırmaları ilə müəyyən olunub ki, gənc ər-arvadların çoxu "xasiyyətləri düz gəlmədiyinə"görə deyil, məhz"düz gəldiyinə"görə boşanırlar.Bu, ümumiləşmiş bəhanədir və boşanmanın əsl səbəbini gizlətmək üçün ayrılanlar tərəfindən istifadə olunur.
Fikrimizcə, ailələrin dağılmasının əsas səbəblərindən biri gənclərin evlilik münasibətlərinə kənar müdaxilədir. Bu müdaxilə, əsasən, tərəflərin valideyinləri tərəfindən edilir. Xüsusilə oğlan tərəfinin valideyinləri daha aktiv müdaxiləçi olurlar. Beləliklə, gənc ailələrə edilən müdaxilələr də hələ yeni qurulan, tam möhkəmlənməmiş ailənin bünövrəsini zəiflədir və sonda ailənin dağılmasına səbəb olur.
Digər səbəblərdən biri kimi isə hüquq bərabərliyinin pozulmasını aid etmək olar ki, buraya da kişinin xanımını mənəvi alçaltması, məişət zorakılığı daxildir. Günümüzdə aktual olan əsas məsələlərdən biri isə sosial şəbəkələrin həyatımıza birləşməsidir ki,bu da ailə münasibətlərində özünü ciddi şəkildə göstərir. Sosial şəbəkələrdən asılı olan cütlük günün əksər hissəsini virtual aləmdə keçirir və nəticədə münasibətlərdə soyuqluq yaranır. Hələ evlilikdən əvvəl sosial şəbəkə asılılığına məruz qalan gənc evləndikdən sonra bu bəladan yaxa qurtara bilmir. Bəzilərinin hətta toy gecəsi mesajlar yazması barədə KİV-lərdə kifayət qədər xəbərlər var. Hesab edirik ki, həm müvafiq qurumlar, həm cəmiyyət, həm də mütəxəssislər problemin bu hissəsi ilə bağlı ciddi düşünməlidirlər.
Sonsuzluq faktoru da, ailənin dağılmasına səbəb olan əsas amillərdən biridir. Lakin, boşanmaların əsas səbəblərindən biri maddi sıxıntılarla (ailənin maddi təmin olunması,pulun xərclənməsi,mənzil problemi və s.) bağlıdır.Doğrudur, bütün cəmiyyətlər analoji problemi yaşayırlar və bu səbəbin qarşısının alınması elə də asan məsələ deyil. Burada maddi yox, mənəvi tələbatın ödənməsinin əsas olduğunu gənclərə aşılayan təbliğata diqqət yetirilməlidir. Televiziyalarımız bu sahədə öncüllüyü ələ almalıdırlar.
Boşanmaların bir qisminə də, ər-arvad vəfasızlığı səbəb olur. Düzdür, bu amil Azərbaycan ailələrində geniş yayılmayıb, lakin hər -halda bu kimi hallara da rast gəlinir.
Ailə dağılmasına gətirib çıxaran səbəblərdən biri də qısqanclıq faktorudur. Ərin və arvadın bir-birinə güvənsizliyi və bunu nəinki bir-birinə, hətta uşaqlara,qohumlara,tanışlara və başqalarına hiss etdirməsi əsl "ailə faciəsi"dir. Qeyd edək ki, burada qadın qısqanclığı özünü daha kəskin şəkildə göstərir. Belə qısqanc qadınlar əsasən,kişinin geyim əşyalarını axtarmaqla, telefonuna gizlicə baxmaqla,telefon danışıqlarına qulaq asmaqla öz qısqanclıqlarını büruzə verir, hətta evdə, ailədə gərgin
mübahisə yaradır ki, bu da sonda boşanmaya gətirib çıxarır.
Ailə dağılmasının əsas səbəblərindən biridə içki aludəçiliyi və narkomaniya kimi zərərli vərdişlərdir. Bəzi kişilərin içkiyə həddindən artıq aludə olması və narkotikə qurşanması nəticəsində ailə dağılır. Bu zaman boşanmanın əsas səbəbkarı kişilər olsa da,təşəbbüskarı tərəf qadınlar olurlar.Qadınlar narkotik və sərxoşluq bəlasının uşaqların normal tərbiyəsinə zərər gətirəcəyini düşünür və haqlı olaraq bunu ailə həyatı üçün qəbuledilməz sayırlar.
Boşanmaların fəsadları dedikdə isə, əsasən uşaqlar nəzərdə tutulur. Çünki,boşanma zamanı daha çox uşaqlar psixoloji sarsıntı keçirir və psixoloji zədə alırlar. Ər-arvadın uşağın gözü qarşısında baş verən münaqişələri övlad üçün ağır zərbədir. Çünki, buna şahid olan uşağın yaşadığı hisslər onun gələcəyinə mənfi təsir göstərir.Ata-ananın münaqişəsinə şahid olan uşaqlar qorxu, narahatlıq, əlacsızlıq, nifrət, qəzəb və s.hisslər yaşayırlar.Təbii ki, belə psixoloji iqlimdə böyüyən uşaqda yaranacaq ilk iz "qorxu"olacaq. Uşaqda yuxu rejimi pozulur və özünə qapalılıq müşahidə olunur. Həmçinin, mübahisədən sonra uşaq valideynlərindən "sən belə davranmasan,sakit dursan biz mübahisə etməzdik" kimi cümlələr eşidirsə, yenə də özünü günahkar kimi hiss edir və bu da onun bir sıra çətinliklər yaşamasına səbəb olur. Məhz bu səbəblərə görə də,uşaqların yanında mübahisə etməkdən çəkinmək lazımdır.Boşandıqdan sonra xoşbəxt ailə mühiti qurmaq,uşaqlara natamam ailənin çətinliklərini yaşatmamaq olduqca çətindir.Amma boşanmış ər və arvad bunun zərərlərini azaltmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.
Boşanmaları aradan qaldırmaq üçün ailə qurduğumuz zaman nələrə diqqət yetirməliyik? Müəyyən olunub ki,ailələrin bir çoxu sevgi,məhəbbət üzərində qurulur və araşdırmalara görə,kişi və qadınların 70%-i bir-birini sevərək evlənir. Lakin,sevgi üzərində qurulan ailələrin də dağılmasına çox təsadüf olunur. Səbəb budur ki,sevgi,məhəbbət ailə həyatının yalnız ilk illərində onun əsasını təşkil edir. Demək ki, ailə qurulması üçün təkcə sevgi yetmir,eyni zamanda,iki gəncin bir-birinə qarşılıqlı hörməti,intellektual səviyyəsi, tərbiyəsi, dünyagörüşü də ailə həyatında önəmli amillərdəndir. Kiçik səbəblərə görə ailəni dağıtmamağa çalışmaq lazımdır.Unutmamalıyıq ki, ailə kiçik bir dövlətdir. Dövləti qurmaq asandır,onu qorumaq isə çətindir və qurduğumuz kiçik dövlətlə hər kəsə ibrətamiz nümunə olmağa çalışmaq lazımdır.

Elnarə Bayramova
Psixoloq




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info