Rusiya ilə memorandum imzalandı
Tarix: 12.03.2013 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Memorandum”un imzalanıb.
Şuranın mətbuat xidmətindən verilən məlumata görə, iki qonşu ölkənin vətəndaş cəmiyyəti institutlarının beynəlxalq, eləcə də ictimai, sosial həyatın bir sıra mühüm sahələrinə aid qarşılıqlı əməkdaşlığını nəzərdə tutan sənədi Şura sədri Azay Quliyev və İctimai Palata katibinin birinci müavini Mixail Ostrovski imzalayıblar.

Memorandum beynəlxalq arenada hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının ikitərəfli və çoxtərəfli əsaslarla qurulmuş əməkdaşlığının və birgə fəaliyyətinin dərinləşdirilməsini, Azərbaycan, Rusiya və Türkiyənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsini, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi üçün regionun Azərbaycan və erməni icmaları arasında ictimai dialoq mühitinin yaradılmasını, Azərbaycan-Rusiya sərhədində hər iki ölkə vətəndaşların, nəqliyyat vasitələrinin giriş-çıxışında yaranan problemlərin aradan qaldırılması üçün ictimai nəzarətin təşkilini, Rusiyada yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusiyalıların cəmiyyətə inteqrasiyası ilə bağlı müxtəlif layihə və proqramların reallaşdırılmasını və sair vacib məsələləri özündə əks etdirir. Memorandum müddəalarında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi Azərbaycan və Rusiya cəmiyyətləri arasında dostluğun və əməkdaşlığın dərinləşdirilməsinə, hər iki ölkənin xalqları arasında qarşılıqlı etimadın artırılmasına və dövlətçilik maraqlarının müdafiəsinə yönəlib. Bu müddəaların müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşmış QHT-lərin layihələri formasında həyata keçirilməsi planlaşdırılır. Memorandumu imzalamış hər iki tərəf əməkdaşlığın təşkilati-texniki təminatına məsul şəxslər təyin edəcək, həmçinin müvafiq QHT qruplarının formalaşdırılmasına başlayacaqlar. Müştərək layihələrin maliyyələşdirilməsi qarşılıqlı razılıq prinsipi ilə həyata keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info