“Azneft”in yeni istehsalat obyektləri tikilir
Tarix: 21.07.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“Azneft” İstehsalat Birliyinin (İB) yeni istehsalat obyektləri tikilir.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “Azneft” tərəfindən yeni neft və qaz quyularının qazılması üçün perspektivli sahələrin genişləndirilməsi, əlavə istehsalat sahələrinin tikintisi üzrə işlər planlı şəkildə həyata keçirilir.
Hazırda birliyinin sifarişi əsasında “Günəşli” yatağında yerləşən 14 nömrəli dərin dəniz özülündə növbəti 2 quyunun qazılması üzrə yenidənqurma işləri aparılır. Yaxın günlərdə quyu şaxtaları quraşdırılacaq. Artıq yataqda yenicə istismara verilmiş 7 nömrəli dərin dəniz özülündə 2-ci qazma qurğusunun avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb. Özüldə 20 quyunun qazılması nəzərdə tutulur ki, həmin avadanlığın quraşdırılması bu işləri daha da sürətləndirəcək.
“Neft Daşları” yatağında da mühüm tədbirlər həyata keçirilir. Yataqdakı 2585 nömrəli özüldən növbəti 8 quyunun qazılması üçün maneçilik törədən mövcud texnoloji xətlərin və avadanlıqların köçürülməsi, yenidən qurulması işləri davam etdirilir. N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 2 saylı qazma məntəqəsinin tikintisi işləri çərçivəsində 4 ədəd dayaq bloku və digər metal konstruksiyalar (aralıq seksiyaları, yanalma meydançaları və sair) tikinti nöqtəsinə nəql olunub. Növbəti mərhələdə isə daha 2 ədəd dayaq blokunun nəqli planlaşdırılır. Neft-qaz infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tikinti-quraşdırma işləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info