Nazirlik: Bəzi turizm şirkətləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət etmir
Tarix: 21.07.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


“Əhalinin nəzərinə çatdırırıq ki, xarici ölkələrə turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.
Müraciətdə qeyd olunub ki, bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərinə riayət etmir və bu da vətəndaşlarda çaşqınlıq yaradır: “Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanmış müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır: turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat; səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat; Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.
Həmçinin, turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxuduqdan sonra imzalanması tövsiyə olunur”.
 
Qeyd edək ki, turizm vauçeri - turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəddir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info