Cəlilabad və Lerikdə kənd təsərrüfatı idarələrinin yeni inzibati binaları istifadəyə verilib
Tarix: 21.07.2016 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


İyulun 21-də Cəlilabad və Lerik rayonlarında kənd təsərrüfatı idarələri üçün inşa edilmiş yeni inzibati binalar istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimlərdə Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.
Cəlilabad rayonunda icra hakimiyyətinin başçısı Əziz Əzizov və kənd təsərrüfatı naziri Heydər Əsədov inzibati binada yaradılan şəraitlə tanış olub, rayon baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıblar.
Mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son zamanlar kənd təsərrüfatının inkişaf istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək fermerlərə güzəştli şərtlərlə verilməsi barədə danışılıb, həmçinin aqrar sahədə reallaşdırılan institutsional islahatlar haqqında məlumat verilib.
Lerikdə kənd təsərrüfatı idarəsinin inzibati binasının açılışından əvvəl nazir Heydər Əsədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları inzibati binada yaradılan şəraitlə tanış olublar. Nazir H.Əsədov yeni inzibati binada nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən mexanizatorlara sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə maraqlanıb.
Daha sonra nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Lerik, Astara, Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarından olan 68 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 2.320,545 manat məbləğində 133 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 865.148,40 manat məbləğində güzəşt tətbiq edilib.
Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, eləcə də, güzəşt tətbiq edildikdən sonra 32 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib.
Həmçinin “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı xidmət göstərilib.
“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5990 istifadəçinin lizinqə götürdüyü 13308 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 70.618.748,70 manat məbləğində güzəşt tətbiq edilib.
 
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info