Azərbaycanda transplantasiya əməliyyatları sırf yerli həkimlər tərəfindən aparılır
Tarix: 21.07.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


2008-ci ildən bu günədək Azərbaycanda 93 qaraciyər transplantasiyası, 298 böyrək köçürülməsi əməliyyatı icra olunub.
Bunu Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası söbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.
Azərbaycanda 2 orqanın - qaraciyər və böyrək transplantasiyasının 2008-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirildiyini deyən M.Kazımi əlavə edib ki, transplantasiya əməliyyatları onun rəhbərliyi ilə sırf Azərbaycan komandası tərəfindən aparılır.
M.Kazıminin sözlərinə görə, yalnız Azərbaycanda deyil, bütün dünyada orqan transplantasiyası olunan və buna ehtiyacı olan xəstələrin sayı gündən-günə artmaqdadır. Bunun səbəbləri diaqnostik müayinə üsullarının daha da mükəməlləşməsi, alternativ müalicə üsullarının - transplantalogiyanın daha aktiv və özünü doğruldan mərhələyə çatmasıdır. Digər tərəfdən, bır sıra faktorlar - ekoloji mühit, qidalanma və s. nəticəsində də orqan çatışmazlığı olan xəstələrin sayı artır: “Təəssüf ki, beyin ölümü konsepsiyası işlənilmədiyi və meyitdən orqan transplantasiyası proqramına hələ də başlanılmadığı üçün biz yalnız və yalnız canlı donorlardan- qohum donorlardan orqan transplantasiyası əməliyyatları həyata keçiririk. Qohumların xəstəyə böyrəklərinin birini, qaraciyərinin isə bir payını verə bilmək şansı var”.
M.Kazımi deyib ki, əməliyyat etdikləri bütün xəstələrin hamısına orqanları qohumları bağışlayıb: “Həm qanun, həm də tibbi etika baxımından orqan alış-verişi ola bilməz. Bizim də əməliyyat etdiyimiz xəstələrin hamısına orqanlarını qohumları bağışlayıb. Burada alqı-satqı söhbəti ola bilməz”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info