Olimpiya komandamızın heyətindəki ən gənc idmançı
Tarix: 22.07.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin heyətində ən gənc idmançı 14 yaşlı üzgüçü Fatimə Alkərəmovadır. İdmançımız üzgüçülüklə 2012-ci ilin iyulundan məşğul olmağa başlayıb.
O, həmin ilin noyabrında “Şən delfin” açıq Bakı birinciliyində 50 metr məsafəyə batterflay üsulla yarışda bürünc medala sahib olub. Bu, Fatimənin ilk uğuru idi. Üzgüçümüz 49 dəfə Azərbaycan və 25 dəfə Bakı çempionudur. İdmançımız üç il ərzində Mingəçevir, Şirvan və Xaçmazda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonuncu respublika çempionatinda isə F.Alkərəmova 13 qızıl medal qazanaraq birinciliyi heç kimə verməyib. İdmançımız 2013-cü ildə Belarusda iki turnirdə 3 qızıl, növbəti ildə Belarusda və Gürcüstanda təşkil olunan yarışlarda 7 qızıl, 6 gümüş və 3 bürünc medala sahib olub. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində, Gürcüstanda və Rusiyada baş tutan birinciliklərdə isə nəticələrini yaxşılaşdırıb. Cari ilin martında üzgüçümüz Berlində təşkil olunan “Swim Meeting” beynəlxalq turnirində “Rio-2016” Olimpiya Oyunlarına lisenziyanı təmin edib. O, həmçinin Belarus, Latviya və Macarıstanda təşkil olunan yarışlarda da uğurla çıxış edib. On üç yaşında idman ustası adına layiq görülən üzgüçümüz “Rio-2016”ya şəxsi məşqçisi, Azərbaycan çempionu Zamir Əzizovun rəhbərliyi altında hazırlaşır.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info